Seikan tuneli

Seykan tunelinin xəritədə yeri

Seykan tuneliYaponiyanın HonşuHokkaydo adalarını birləşdirən dünyanın ən uzun dəmir yolu tuneli. Uzunluğu 53,85 km olan tunelin 23,3 kilometrlik hissəsi dənizin altından keçir.

Tunel ən dərin yerində dəniz səviyyəsindən 240 metr aşağıda, dəniz yatağından isə 100 metr dərinlikdə yerləşir.[1]

Hazırda dünyanın ən böyük və ən dərin dəmir yol keçidi olan Seykan liderliyi İsveçrənin Qotard baza tunelinin 2016-2017-ci illərə nəzərdə tutulan açılışına qədər qoruya biləcək.

Tunelin dənizin altından keçən hissəsinin diaqramı

Tunelin tikintisinə 1955-ci ildə 5 sərnişin bərəsinin tufanlı havada batması və 1430 sərnişinin həlak olmasından sonra qərar verilib.[2] 9 il davam edən layihələndirmə işlərindən sonra, tunelin tikintisi 1964-cü ildə başlayaraq 1988-ci ildə başa çatmış və o dövrün qiymətləri ilə 538,4 milyard yenə (3,6 milyard ABŞ dolları) başa gəlmişdir.[3] Tunelin açılışı 13 mart 1988-ci ildə baş tutmuş və həmin il tunel 3,1 milyon sərnişinə xidmət etsə də, 1999-cu ildə sərnişinlərin sayı 1,7 milyon olmuşdur.

  1. "Arxivlənmiş surət". 2016-10-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  2. Matsuo, S. "An overview of the Seikan Tunnel Project Under the Ocean". Tunnelling and Underground Space Technology. 1 (3/4). 1986: 323–331. doi:10.1016/0886-7798(86)90015-5.
  3. Morse, D. "Japan Tunnels Under the Ocean". Civil Engineering. 58 (5). May 1988: 50–53.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]