Sekvoyya

Sekvoya (lat. Sequoia) — i̇ynəyarpaqlılar sırasının sərvkimilər fəsiləsinin sequoioideae yarımfəsiləsinə aid bitki cinsi.

Sekvoya
Sequoia sempervirens Big Basin Redwoods State Park 9.jpg
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sekvoya
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Amerikanın dağlıq rayonlarında, Sakit okean sahili boyu ərazilərdə yayılmışdır.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 100 m-ə və çətirinin diamteri 8–10 m-ə çatan uzunömürlü (2000 ilə qədər) ağacdır. Sistematik baxımdan bu növ sekvoyadendrona yaxındır. Çətiri ensizdir və budaqlanması gövdənin yuxarısından başlayır. İynəyarpaqları neştərvarıdır, yumşaqdır, budaq üzərində iki cərgədə düzülür. Qozaları kiçik ölçüdədir, ovaldır 2-2,5 sm uzunluqdadır. Hamar, mavi-boz iynəyarpaqlı qısa zoğları sekvoyaya dekorativ görünüş verir. Ağacın qabığı qalın, qırmızımtıl, dərin şırımlıdır. Sekvoya birevli bitkidir, mikrostrobillər və meqa-strobillər bir ağacda inkişaf edir. Sekvoya tez boy atması ilə fərqlənir. Kölgəyədavamlı, torpaq və havanın rütubətinə tələbkardır. Sekvoya istisevəndir, lakin qısamüddətli şaxtalara da davam gətirir. Yüksək dərəcədə budaq və zoğ əmələgətirmə qabiliyyətinə malik olduğundan, kəsildikdə kök və gövdə pöhrələri ilə çətirini tez bir vaxtda bərpa edə bilir. Qələmlə çoxaldılır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycan da Mərkəzi Nəbatat Bağına introduksiya edilmişdir. Bakı şəhərinə yeni salınan yaşıllıqlarda rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Oduncağı çürüməyə davamlıdır, mebel və kağız istehsalında geniş istifadə edilir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.