Selenqa deltası - Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır [1]. Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır[2][1]. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir[3]. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır.
Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır. Ancaq onun sahəsi İrkutsk SES inşasından sonra iki dəfə kiçilmişdir: 1 120 km²-dən 520 km². Sonradan sahəsi 680 km² qədər atır. ХХI əsrin əvvəllərindən baykal gölünün səviyəsinin enməsi ilə deltanın sahəsi böyüyür. Deltanın yaşı 500 min il olaraq qiymətləndirilir.
Deltaya çay il ərzində 3 600 000 ton qum, lil gətirir. Delta zonası seysmik baxımından aktiv zonadır. Burada maksimal seysmiklik 10 bal olaraq qiymətləndirilir[4].
Delta üç sektora bölünür: Selenqa, Orta mənsəb və Lobanovski (qərbdən şərqə). Deltada suların bölünməsi bərabərdir: qərb bölgə 27—35 %, orta bölgə 20—21 %, şərq bölgə 45—52 %. Baykal daxilinə deltanın şərq hissəsi daha çox daxil olmuşdur. Deltadan axan iri qollar: Levoberejnaya, Şananka və Xarauz qərbdə; Kolpinnaya, Sredneuste, Manzar, Doloqan və Lobanovskaya şərqdə.
Deltada əsasən qamış və digər su bitkiləri yayılmışdır. Delta ornitoloqları özünə cəlb edir. Bunun səbəbi burada 298 növ su quşu yaşamasıdır. Onlar əsasən köçəri quşlardır. Onuda nəzərə almaq lazımdır ki, noyabrdan aprel ayına kimi ərazini don olur.
1994-cü ildə Rusiya hökuməti Selenqa deltasını unikal təbiət obyekti elan etmişdir. Hazırda Baykalın qorunan mərkəzi zonasına daxildir. Həmçinin UNESCO Ümumdünya irsi siyahısına daxildir. 1973-cü ildə deltada Qaban yasaqlığı təşkil edilmişdir. 1985-ci ildə hüquqi olaraq Bayqal yasaqlığı elan edilir[5].