Selenqa və ya Seləngə[2] çayı (monq. Сэлэнгэ мөрөн[1], rus. Селенга[3], bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km[Q 1], hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır.
Selenga | |
---|---|
monq. Сэлэнгэ мөрөн[1] | |
Ölkələr | |
Mənbəyi | Bügsin gölü, Delgermörön çayı, İder çayı |
Mənsəbi | Baykal gölü |
Uzunluğu | 992[Q 1] |
Su sərfi | 935 m³/san |
Hövzəsinin sahəsi | 447 000 km² |
DSR[rus.] | 16030000512116300006917 |
Vikianbarda əlaqəli mediafayllar |
Buryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadır[4]. Monqol dilində isə sele üzən su mənasını ifadə edir.
Selenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744-840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.
Rusiya Federasiyası ərazisində Buryatiya Respublikasının Ulan-Ude şəhər inzibat dairəsi və 7 rayon ərazisində axan çay. Buryatiya ərazisinə çayın 409 km-lik hissəsi daxildir. Hövzəsinin sahəsi 447 min km2-dır. Selenga çayı İder və Delgermoron çaylarının birləşməsindən əmələ gəlmişdir. Baykal gölünə töküldüyü ərazidə 680 km2-lik geniş deltaya təşkil edir. Baykal gölünə tökülən çayların gətirdiyi suyun təqribən 1/2 hissəsi Selenga çayının payına düşür.
Selenga çayı qış aylarında (noyabrdan aprelədək) buzla örtülü olur. Yaz, yay və payızda daşqınlar, yağış günlərdə sellər müşahidə olunur.
Monqolustanla Rusiya arasındakı sərhəd bölgədə orta illik su sərfi 310 m3/s, 127 km uzaqlıqda isə 935 m3/s-dir[5].
May və sentyabr aylarında isə təqribən 270 km-lik hissəsi gəmiçilik çün yararlı hala gəlir.[6]
Selenga çayının əsas sol qolları:
Sağ qolları isə: