Semerkand TV (Türkiyə)

Semerkand TVTürkiyənin İstanbul şəhərində HD formatda yayımlanan televiziya kanalı.[1] Telekanal Semerkand Yayım Qrupu tərəfindən, "İstanbulun fəthi" münasibətilə 29 may 2010-cu il tarixində yaradılmışdır.

Semerkand TV
Semerkand TV logo.pngLoqotip
Ölkə Türkiyə
Yayım ərazisi Turksat, tivibu, TURKCELL TV+
Dil Türkcə[a]
Baş qərargah Samandıra/Sancaktepe, İstanbul
Yaranma tarixi 29 may 2010
Rəhbərlik Murat Gürbüz
Qardaş kanallar Semerkand Radio
Sayt semerkandtv.com.tr

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Semerkand Yayım Qrupu 1999-cu ildə "Semerkand" dərgisi ilə yayım həyatına başlayan böyük media şirkətidir. 2010-cu ildə eyniadlı tematik yayın növlü kabelpeyk telekanalı da fəaliyyətə başlamışdır və hazırda Murat Gürbüz tərəfindən idarə edilir. Həftəlik yayımının ümumi göstəricisi 168 saat təşkil edir. Telekanalın 29 may 2012-ci ilə qədər, "Radio 15" adı ilə yayımını sürdürən və hazırda "Semerkand Radiosu" olaraq bilinən eyniadlı radiostansiyası da mövcuddur.[2]

Semerkand TV eyni zamanda, Türkiyənin geniş ekran(9 DVB-T) ölçüsündə qurulan ilk televiziya kanalıdır.

Semerkand Way

Semerkand TV 26 yanvar 2023-cü il tarixindən etibarən, yeni televiziya kanalı Semerkand Way vasitəsilə beynəlxalq yayıma başlayacaq.[3] Semerkand Avropa Radio və Televiziya şirkəti ingilis dilində və yeni verilişlərlə kəsintisiz fəaliyyət göstərəcək.[4]

Qeydlər[redaktə | mənbəni redaktə et]

  1. Türk dili əsas yayımı təşkil etsə də, almanca, bosniyaca, kürdərəb dillərində də verilişlər istehsal edilir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  2. https://www.semerkandradyo.com.tr/frekanslar |başlık=Arşivlenmiş kopya |erişimtarihi=28 Temmuz 2021 |arşivurl=https://web.archive.org/web/20210306113120/https://semerkandradyo.com.tr/frekanslar
  3. "Arxivlənmiş surət". 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-23.
  4. "Arxivlənmiş surət". 2023-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.