Sendi qasırğası (ing.Hurricane Sandy) - Atlantik okeanında yaranmış və indiyə qədər qeydə alınmış ən güclü qasırğa. Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Baham adaları, Kanada və ABŞ-də Sendi qasırğası nəticəsində ciddi dağıntılar yaranmışdır. 2012-ci ilin oktyabr ayında Karib hövzəsində başlanan qasırğa,
oktyabrın sonlarına doğru daha da şiddətlənmişdir. Hal-hazırda qasırğa ABŞ sahillərinə çatmışdır. Sendi qasırğası nəticəsində onlarla insan həlak olmuşdur, ümumi dəymiş ziyanın 50 milyard dolları keçəcəyi ehtimal olunur.