Senmon qakko

Senmon qakko (専門学校?)Yaponiya təhsil sistemində ali təhsil müəssisəsinin bir növü.[1]

Senmon qakkolar 1903-cü ildə qəbul edilən Peşə Məktəbi Qanunundan sonra yaradılmışdır.[1] 1935-ci ilin statistikasına görə Yaponiyada 177 senmon qakko fəaliyyət göstərirdi, onlardan 52-si dövlət, 11-i ictimai, 114-ü isə özəl idi.[1] Dövlət və ictimai senmon qakkoların çoxu bir kurs üzrə təhsil verirdi.[1]

İkinci dünya müharibəsinə qədərki dövrdə qadınlar üçün nəzərdə tutulmuş bütün ali təhsil müəssisələri senmon qakko idi.[1] Universitetlər intellektual elita yaratmaq üçün nəzərdə tutulduğu halda, senmon qakkolar təlim keçmiş kadr yetişdirmək üçün yaradılmışdır.

Müharibəyə qədərki dövrdə Yaponiyada ali təhsil almış şəxslərin çoxu senmon qakko məzunu idi.[1] 1905-ci ildə ali təhsil məzunlarının 81%-i, 1935-ci ildə isə 65%-i senmon qakko bitirmişdi.[1] İkinci dünya müharibəsindən sonra senmon qakko sistemi ləğv olunmuş və senmon qakkoların çoxu dördillik universitetlərə çevrilmişdir.[1]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Orta məktəbdən və ya qızlar liseyindən məzun olan şəxslər senmon qakkoya daxil olmalı idilər.[1] Bəzi senmon qakkolar universitetlərin nəzdində fəaliyyət göstərirdi, lakin bəziləri müstəqil idi.[1] Senmon qakkolarda tələbələr tibb, hüquq, iqtisadiyyatmaliyyə sahələrində ixtisaslaşırdılar.[1] Kənd təsərrüfatı, texnologiyabiznes sahələrində məzunlar hazırlayan məktəblər isə citsuqyo senmon qakko adlanırdı.[1]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 62. ISBN 0-87011-627-4. İstifadə tarixi: 29 dekabr 2022.