Sent-Corc burundakı döyüş[2][3] — İkinci dünya müharibəsində Sakit okean cəbhəsinin tərkib hissəsi. Döyüş 26 noyabr 1943 ildə Yeni İrlandiya adasındakı Sent-Corc burunu ilə Buka adası arasındakı ərazidə baş vermişdir. Solomon adalarının ələ keçirulməsi istiqamətində baş vermiş döyüşdür.
Sent-Corc burundakı döyüş | |||
---|---|---|---|
İkinci Dünya müharibəsi | |||
Tarix | 23 noyabr 1943 | ||
Yeri | Yeni İrlandiya adasındakı Sent-Corc burunu ilə Buka adası arasındakı ərazidə | ||
Nəticəsi | ABŞ donanmasının tam üstünlüyü | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
1 noyabr 1943-ci ildə Buqenvil adasına amerikan desantları çıxarılır. Bu isə Yaponların Buka adasındakı bazasına təhlükə yaradırdı. Bundan sonra Yaponlar 900 əsgəri və 900 texnikanı adadan çıxarlrlar. Səbəb isə aerodromun əhəmiyyətini itirməsi olmuşdur.
Yaponlar «Amaqiri», «Yoqiri» və «Ucuki» gəmilərini nəqliyyat kimi istifadə etmişdir. «Onami (1942)» və «Makinami (1942)]]» qəmiləri isə müdafiəni təşkil etməyə yönəldilir.
Bu hadisə amerikanlara məlum olur. Bu məqsədi ilə «USS Charles Ausburne (DD-570)», «USS Claxton (DD-571)», «USS Dyson (DD-572)», «USS Converse (DD-509)» və «USS Spence (DD-512)» gəmiləri əraziyə göndərilir
Yapon gəmiləri Rabaula istiqamətlənir. Təxmini olaraq saat 1:40 radəlırindən «Onami» və «Makinami» amerikanlar tərəfindən aşkarlanır. «Çarlz Ocborn», «Klakstoun» və «Dayson» amerikan gəmiləri yapon gəmilərini görən kimi onlara torpedo zərbələri endirilir. İlk torpedo zərbəsi ilə Onami gəmisi suya qərq olur. «Makinami» gəmisi isə ağır zərbə almışdır. «Konversa» və «Spensa» gəmiləri artilleriya zərbələri ilə batırılır. Yaponlar digər gəmiləri qorumaq məqsədi ilə ayrılırlar. Gəmilərin hərəsi bir istiqamətə yönəlir. Amerikanlar «Yoqiri» gəmisini təqib edirlər. Ağır artilleriya zərbələri nəticəsində saat 3:28 radələrində gəmi batırılır[4]. Amerikanların digər gəmiləri təqib etmək cədhi uğursuzluqla nəticələnir. Döyüşdə iştirak etmiş gəmilər 4:04 radələrində geri qayıdırlar.
Solomon adaları kompaniyası döyüş nəticəsində bitir. ABŞ donanmasının döyüşdə radar sistemindən istifadə etməsi onun qalibiyyətinə bötük təsir göstərmişdir. Bundan sonra Saypan döyüşünə (19 iyun 1944) qədər dənizdə döyüş baş verməmişdir.