Yeni İrlandiya (ing. New Ireland) — Bismark arxipelaqına daxil olan Papua-Yeni Qvineya ərazisində yerləşən ada. Ümumi sahəsi 7 404,5 km²[1], əhalisi 118 350[2] nəfər təşkil edir. Ada Yeni İrlandiya vilayəti ərazisinə daxildir. Mərkəzi Kavienq şəhəridir.
Yeni İrlandiya | |
---|---|
ing. New Ireland, | |
Ümumi məlumatlar | |
Sahəsi | 74045 km² |
Hündür nöqtəsi | 2379 m |
Əhalisi | 118.350 nəfər (2002-ci il) |
Yerləşməsi | |
4°13′00″ c. e. 153°00′00″ ş. u.HGYO | |
Ölkə | Papua-Yeni Qvineya |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada Bismark arxipelaqının Yeni Britaniya. Ada uzunsov formaya malikdir. Uzunluğu 400 kilometrdir. Eni 10 km təşkil edir. Tropik meşələri ilə örtülüdür. Ən hündür nöqtəsi Tarom dağıdır (2379 m). Ada Bismark dənizi ilə Sakit okean arasında yerləşir. Yeni Britaniya adası ilə Müqəddəs Georgi boğazı vasitəsi ilə ayrılır.
Adada 30,000 il öncəyə aid insan məskənləri aşkarlanmışdır.
1616-ci ildə Holladiyalı dənizçi Yakob Lemer və Villem Kornelis Sxauten tərəfindən aşkarlanır. Ada ispan və holland gəmilərinin dayanacaq rolunu oynamağa başlaylr. 1767-ci ildə Filip Kateret tərəfindən Yeni Britaniya və Yeni İrlandiya adalarının bir-birindən ayrı ada olduqlarını müəyyən edir. O, adanı Yeni İrlandiya (Nova Hibernia) adlandırır.
1870-ci illərdə taçirlər ada sakinlərini kütləvi şəkildə qula çevirərək Avstraliyaya və Samoaya aparırlar. 1879-ci ildə adada markiz de Ray insanları aldadaraq ağları ora cəlb edirdi. İnsanlara yararsız torpaqları satırdı. Adaya gələn ağlarən çoxu ya açlıqdan yada malariyadan həlak ölüur. Sağ qalanlar Avstraliyaya aparılmışdır. Markiz isə bir müddət sonra Fransada dəlilikdən ölür. 1885 - 1899-ci illərdə Yeni İrlandiya Almaniya imperiyasının prorektoratlığına verilir. 1899 - 1914 illərdə «Yeni Meklenburq» (alm. Neumecklenburg) adlandırırlır.
İkinci Dünya müharibəsi dönəmində ada Yapon ordusu tərəfindən işğal olunmuşdur. 18 sentyabr 1945 ildə Yeni İrlandiya adasında yerləşən yopon qüvvələri Amerikan HMS Swan gəmisində imzalanmış danışıqsız təslim aktına imza atıldıqdan sonra təslim olmuşlar.