Sent-Etyen AS (fr. Association Sportive de Saint-Étienne Loire) - Fransız futbol klubu. Klub 1919-cu ildə Fransanın Sent-Etyen şəhərində yaradılıb və öz adını təmsil etdiyi şəhərdən götürüb. Hal-hazırda Fransa Liqa 1 çempionatından mübarizə aparan kluba fransız mütəxəssis Kristof Qaltye rəhbərlik edir. Komanda ev oyunlarını Sent-Etyen şəhərində yerləşən və 40 minlik azarkeş tutumu olan Stade Geoffroy-Guichard stadionunda keçirir. Komandanın kapitanlığıni isə 1996-cı ildən klubun formasını geyinən Loïc Perrin yerinə yetirir.
Sent-Etyen FK | ||||
---|---|---|---|---|
Klubun tam adı |
Association Sportive de Saint-Étienne Loire |
|||
Ölkə | ||||
Ləqəb(lər) | Les Verts (yaşıllar) | |||
Rəng(lər) | Yaşıl-Ağ | |||
Yaranma tarixi | 1919 (95 il əvvəl) | |||
Stadionu | Stade Geoffroy-Guichard | |||
Tutumu | 40,830 | |||
Prezidenti |
Bernard Kaizzo Roland Romeyer |
|||
Baş məşqçisi | Óscar García Junyent | |||
Liqa | Fransa Liqa 1 | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Sent-Etyen futbol klubu 10 qat Fransa Çempionu, 5 qat Fransa Kubokunun qalibi və 1 dəfə Fransa Liqa Kubokunun qalibi olmaqla Fransa futbol tarixinin ən titullu klublarından hesab olunur. Klub Fransa Liqa 1 də ən çox çempion olan klub titulunu özündə saxlamağa davam edir. Fransa Çempionatında əldə edilən uğurlarla yanaşı klub müxtəlif vaxtlarda 6 dəfə də Fransa kubokuna sahib çıxmışdır. Bu nəticə ilə Sent-Etyen AS Fransa Kubokunu ən çox qazanan 3 klubdan biri ünvanını hələ də qoruyur.
Sent-Etyen klubunun əzəli rəhibi Fransanın digər bir klubu olan Olimpik Lyon klubudur. Bu komandalar arasında keçirilən görüşlər hər zaman öz prinsipiallığı ilə fərqlənir və bu komandaların qarşılaşması Ron derbisi adlandırılır. 2009-cu ildən etibarən Sent-Etyen futbol klubunun qızlar üçün nəzərdə tutulmuş komandası fəaliyyətə başlamışdır.