Sent-Maykl adası (ing. Sledge Island) — Berinq dənizinin Norton boğazında yerləşən ada. Ada ABŞ-nin Alyaska ştatının bir hissəsidir.
Sent-Maykl adası | |
---|---|
ing. St. Michael | |
Ümumi məlumatlar | |
Əhalisi | 0 nəfər (2000-ci il) |
Yerləşməsi | |
64°28′53″ şm. e. 162°09′41″ q. u.HGYO | |
Ölkə | ABŞ |
Ştat | |
Akvatoriya | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sent-Maykl Norton boğazının cənub sahilindən 15 m (50 fut) aralıda yerləşən kiçik bir adadır. Ada Yukon çayının mənsəyindən 100 km (60 mil) aralıda yerləşir[1].
Sent-Maykl adası bir sıra qonşu adalarla birlikdə üç min km²-dən çox ərazini və 55-dən çox vulkanı əhatə edən eyniadlı vulkanik yaylanın bir hissəsidir. Ada yaylanın şimal-qərb hissəsində yerləşir və yeddi vulkan konusunu əhatə edir[2].
1833-cü ildə ada Mixail Tebenkov və Adolf Etolinin başçılıq etdiyi Rus-Amerika şirkətinin ekspedisiyası tərəfindən tədqiq edilir. Adaya Mixaylovski adı verilir və onun ərazisində Müqəddəs Mixail redutunu qururlar. O vaxta qədər adada iki inuit kəndi mövcud olur: Taçik və Atuik. Möhkəmləndirilmiş ticarət postuna gəmilərin gəlişi başlandıqdan sonra qışda xəz ticarətçiləri tərəfindən istifadə edilən bir sıra anbarlar inşa edilir. Tacirlər Yukon və Kuskov çaylarında (Kolmakovski redotu) postlardan xəz yığırdılar. 1842-ci ildən adada pravoslav kilsəsi yerləşir. Ada daxili Yukon çayına qədər bir neçə ekspedisiya üçün başlanğıc nöqtəsi olur. Adada redut qurulmasında əsas məqsəd ticarəti genişləndirmək olur. Bu məqsədlə 1838-ci ildə Yukon çayı üzərində Nulato ticarət məntəqəsi qurulur. Bundan əlavə, 1865-ci ildə adada teleqraf qurmaq məqsədi ilə alimlərin ekspedisiyası təşkil edilir.
1867-ci ildə ada, Alyaskanın bütün ərazisi kimi ABŞ-yə satılır. Xəz ticarəti 1870-ci ildə Sent-Maykl adlı bir Alyaska kommersiya şirkətinin əlinə keçir. 1874-cü ildən adada meteoroloji stansiya (ABŞ-də ilk), 1890-cı illərdən isə poçt şöbəsi açılır. 1869-cu ildən bəri Klondayk qızıl hərisliyi zamanı xüsusilə aktiv olan Yukon çayı xidmətinin son nöqtəsi kimi istifadə olunur. 1897-1898-ci illərdə adada 60 çay gəmisi, 20 barj və bir sıra başqa gəmiləri Yukonun mənsəbinə çatdıran 30 nəqliyyat şirkəti fəaliyyət göstərir. Sent-Maykldan Dousona 6 həftədən iki aya qədər davam edən marşrut üçün sərnişinlər 125-220 dollar ödəyirdilər.
1908-1911-ci illərdə Amerika mühəndisləri Sent-Mayklın cənubunda kanalın dərinləşdirilməsi üzərində işləyirlər. Bu adanın ətrafındakı marşrutu daha təhlükəsiz etməyə xidmət edir. Dəmir yolu nəqliyyatının artması, xüsusən də Ağ keçid və Yukon dəmir yolunun tikintisi ilə adadan keçən marşrut getdikcə populyarlığını itirir.