Serb Respublikasının əhalisi Serb Respublikasının əhalisinin əksəriyyətini serblər təşkil edir. Bununla yanaşı ölkədə bosniya müsəlmanları və xorvatlar belə yaşayır.
Serb Respublikasında əhalinin təbii artım mexanizmi | |||||||||
İl | Əhali | Doğum | Ölüm | Artım | Miqrasiya saldosu | ||||
---|---|---|---|---|---|---|---|---|---|
1991 | 1 569 332 | ||||||||
1996 | 1 391 593 | 12263 | 10931 | 1332 | 16910 | ||||
1997 | 1 409 835 | 13757 | 11755 | 2002 | 16961 | ||||
1998 | 1 428 798 | 13527 | 12469 | 1058 | 18681 | ||||
1999 | 1 448 537 | 14500 | 12529 | 1971 | 18674 | ||||
2000 | 1 469 182 | 14191 | 13370 | 821 | 20990 | ||||
2001 | 1 490 993 | 13699 | 13434 | 265 | -36456 | ||||
2002 | 1 454 802 | 12336 | 12980 | -644 | -1807 | ||||
2003 | 1 452 351 | 10537 | 12988 | -2451 | -3 | ||||
2004 | 1 449 897 | 10628 | 13082 | -2454 | -1026 | ||||
2005 | 1 446 417 | 10322 | 13802 | -3480 | 772 | ||||
2006 | 1 443 709 | 10524 | 13232 | -2708 | -1328 | ||||
2007 | 1 439 673 | 10110 | 14146 | -4036 | 1840 | ||||
2008 | 1 437 477 | 10198 | 13501 | -3303 | 1005 | ||||
2009 | 1 435 179 | 10603 | 13775 | -3172 | 1031 | ||||
2010 | 1 433 038 | 10147 | 13517 | -3370 | 0 | ||||
2011 | 1 429 668 | 9561 | 13658 | -4097 | 3719 | ||||
2012 | 1 429 290 | 9978 | 13796 | -3818 | 77 | ||||
2013 | 1 326 991 | 9510 | 13978 | -4468 |
2010-cu il hesablamalarına görə respublika əhalisinin sayı 1 433 038 nəfər təşkil edir[1]. Bu nəticəyə əsasən respublikada əhali 2009-cu ilə nisbətdə 2141 nəfər azalmışdır. Azalmanın əsas səbəblərindən biri təbii artımın azalmasıdır. Ölkədə yeni doğulan körpələrin sayı 4,3% azalmışdır. Anaların orta yaşı 25,9 yaş təşkil etmişdir. Uşaq doğan anaların orta yaşı isə bir yaş çoxalaraq 27,7 yaş olmuşdur. Bu isə region ölkələri arasında orta rəqəmdir. Uşaqların 85 % nikahda doğulanlardır. Uşaq ölümü 1000 nəfərdə dörddür. Bu göstəriciyə görə isə ancaq Sloveniyadan aşağıdır.
Ölüm 2009-cu ilə nisbətdə 1,9 % aşağıdır. Orta ömür müddəti 72,1 ildir. Qadınlar kişilərdən 5 il çox yaşayır. 2007-ci ildən nikaha girənlərin sayında azalma müşahidə edilir. Hər min nəfərə 4 nikah düşür. 2010-cu ild ən qoca bəy 90 yaşlı kişi, gəlin isə 85 yaşlı qadın olmuşdur. Gəlinlərin orta yaşı 27,4 il, ilk nikah yaşı isə — 25,9 il təşkil edir. Bəylərin orta yaşı — 31 il, ilk nikah yaşı isə — 29,2 il təşkil edir.
Ölkə əhalisinin demoqrafiyasına təsir göstərən digər amil əhalinin miqrasiyasıdır. Onların böyük qismi daxili miqrasiya edir. Əsasən Serb Respublikası Bosniya və Herseqovina istiqamətli. Miqrasiya edənlərin orta yaşı 20–29 arasıdır. Onların çoxu qadınlardır. Kişilər 30 yaşından sonra miqrasiyaya üstünlük verir.
2013-cü il siyahıya alınmasına görə Serb Respublikasında milli tərkib aşağıdakı kimi olmuşdur[2]:
Milli azlıqlar olaraq ukraynlar, qaraçılar, monteqrolular, makedonlar, italyanlar, polyaklar, çexlər, slovaklar, macarlar, almanlar və yahudilər qəbul edilir. Üstəlik burada ruslar, türklər, rumınlar, qoranlar, karavlaslar, Serb Respublikasında çinlilər kimi milli azlıqları görmək mümkündür.
2013-cü il siyahıya alınmasına görə dini tərkib:
Əhalisinin təhsil səviyyədi elədə böyük deyildir. 2013-cü il məlumatına görə ümümi əhalinin cəmi 87 036 nəfəri ali təhsillidir.