Serb Respublikası bayrağı

Serb Respublikası bayrağı Bosniya və Herseqovinanın muxtar regionu hesab edilən Serb Respublikasının rəsmi bayrağıdır. Panslavyanizmin rəngləri hesab edilən qırmızı, mavi rənglərdən istifadə edilən və üç bərabər enli üfüqi zolaqdan ibarət olan bayraq 24 noyabr 1992-ci ildə qəbul edilmişdir. İlk dəfə 1835-ci ildə istifadə edilmiş olan və bu gün də istifadə edilən Serbiya bayrağı ilə sadəcə olaraq mərkəzi hissəsində gerbin olmamasını çıxmaq şərti ilə, tamamilə eynidir. Bəzən isə bayrağın üstünə gerb, xaç və ya oxşar simvollar əlavə edilməklə də istifadə olunur.

Serb Respublikası bayağı
Təfərrüatlar
İstifadə edən(lər) Serb Respublikası
Qəbul edilib 24 noyabr 1992
Proporsiya 1:2
Dizayn qırmızı, mavi rənglərdən istifadə edilmiş üç bərabər enli üfüqi zolaq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bosniya serbləri tərəfindən 24 oktyabr 1991-ci ildə yaradılmış olan Milli Məclis 9 yanvar 1992-ci ildə qəbul etdiyi qərara əsasən Serb Respublikasını yaratmış və bu yaradılmış olan yeni dövlətin Yuqoslaviya Sosialist Federativ Respublikasının bir hissəsi olduğunu elan edilmişdir. Həmin il noyabr ayının 24-də panslavyanizmin rəngləri olan qırmızı, mavi rənglərdən ibarət olan bərabər endə üç üfüqi zolaqdan ibarət bayraq rəsmi bayraq kimi qəbul edilmişdir.[1][2] Bu bayraqdan Deyton sazişinin imzalanması və Serb Respublikasının Bosniya və Herseqovinanın muxtar regionu kimi tanınması ilə rəsmi olaraq istifadə olunmağa başlanılmışdır.

Bosniya və Herseqovina Konstitusiya Məhkəməsi 2006-cı ilin mart ayında vermiş olduğu qərarda bayrağın Serb bayrağına oxşamasının Bosniya və Herseqovina Konstitusiyasını pozmadığını və bayraqdakı panslavyanizm rənglərinin ölkədə konstitusiya ilə tanınan xalqların slavyan mənşəli olmasına görə mübahisə yaratmayacağı qənaətinə gəlmişdir. Qərarda həmçinin Serb Respublikası bayrağı ilə Serbiya bayrağının eyni olmadığı, Serbiya bayrağında əlavə olaraq gerbin olduğu, qırmızı və ağ rənglərin Xorvat və Serb xalqlarının da simvolu olduğu vurğulanmış və həmçinin də qırmızı rəngin əvvəllər Bosniya və Herseqovina Sosialist Respublikasının bayrağında da olduğu bildirilmişdir.[3]

Serb Respublikasının bayrağı qırmızı, mavi və ağ rənglərdən ibarət olan üç bərabər enli üfüqi zolaqdan formalaşmışdır. Düzbucaqlı formada olan bayrağın ölçüləri 1:2 nisbətindədir. Bayrağın üstünə bəzən gerb, xaç və ya oxşar simvollar əlavə edilməklə istifadə olunur.

  1. Heimer, Zeljko. "The FAME: Republic of Srpska". zeljko-heimer-fame.from.hr. 30 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 mart 2018.
  2. "Flag of Republika Srpska - FOTW.net". 11 yanvar 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2018.
  3. "U 4/04" (PDF). Bosna-Hersek Anayasa Mahkemesi. 25 aprel 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 11 may 2018.