Xaç

Yunan xaçı.

Xaç — bir-birlərini düz bucaqlarda kəsən iki xətt və ya çubuqdan ibarət olan şəkildir[1][2][3]. Şəkillərdən biri və ya hər ikisi də ortasından ikiyə bölünür. Plus (+) və ya vurma (x) şəklində ola bilər[4].

Əsrlər boyu xaç müxtəlif dinlərdəmədəniyyətlərdə çox fərqli şeyləri simvolizə etmək üçün istifadə edilmişdir. Fərqli mənaları olan xaçlar forma etibarilə tamamilə eyni deyildirlər[5].

Qırmızı Xaç

[redaktə | mənbəni redaktə et]
Qırmızı Xaç hərəkatının simvolu

Ağ fonda qırmızı xaçdır. Müqəddəs Georgi (ing. Saint Georgius) xaçı kimi də tanınır. Gürcüstan dövlətinin bayrağındakı simvoldur. Gürcüstan adını (Georgia) Müqəddəs Georgidən götürmüşdür. Bu simvol həm də Qırmızı Xaçın simvoludur. Qırmızı Xaç tərəfindən emblem kimi istifadə olunur. Qırmızı Xaç Qızıl Aypara ilə bərabər müharibə və fəlakət qurbanlarına humanitar yardım çatdıran beynəlxalq hərəkatdır. 1864-cü ildə Anri Dünan tərəfindən İsveçrədə təsis edilmişdir. Bu emblem eyni zamanda səhiyyə avadanlıqları və alətlərinin də üstündə istifadə olunur. Xaç işarəsi xristianlıqla eyniləşdirilsə də, Qırmızı Xaç bu gün heç bir dini mənsubiyyətə malik deyildir və din, dil və irq ayrı-seçkiliyi etmədən insanlara köməklik göstərməyə çalışır. Bəzi insanlar Qırmızı Xaç bayrağının İsveçrə bayrağının əks rəngi olduğunu iddia edirlər.

Hindu Swastikası
border=none Əsas məqalə: Svastika

Svastika və ya Qamalı xaç yazıdan əvvəlki tarixi dövrlərdən qalma simvoldur. Qamalı xaç adı yunan əlifbasının qamma (Γ) hərfinə istinadla verilmişdir. Svastika sözü isə sanskrit dilində su (yaxşı) və asti (olmaq) sözlərinin birləşməsindən yaranmışdır. “Yaxşı, xoşbəxt və sağlam olmaq” deməkdir.

Svastika hinduizm, buddizmcaynizmə görə müqəddəsdir. Daha sonra isə Nasist Almaniyası tərəfindən emblem kimi istifadə edilməyə başlanmışdır.

Əsas xaç fiqurları

[redaktə | mənbəni redaktə et]
Şəkil Adı İzahat
Yunan xaçı Bərabər uzunluğa malik 2 xətdən ibarət olub IV əsrdən etibarən geniş bir formada istifadə olunan xaç növüdür.
Latın xaçı Uzun bir perpendikulyar xəttin içindən keçən yan xəttdən ibarət olan və Yunan xaçı ilə birlikdə ən çox yayılmış xaç formasıdır. İsanın çarmıxa çəkilməsini simvolizə edir.
Bizans xaçı Xaricə doğru genişlənən ucları olan dik Latın xaçı. Əsasən, Bizans imperiyasında son antik dövr və erkən orta əsrlər dövrləri arasında istifadə edilmişdir.
Patriarxal xaç (üç çubuqlu çarpaz) Üst tərəfdə iki çarpaz çubuğu olan ikiqat xaç. Üst hissədəki daha qısadır və İsanın çarmıxa çəkildiyi lövhəni simvolizə edir.
Lotaringiya xaçı (iki çubuqlu xaç) Lotaringiya xaçı bir şaquli və iki üfüqi çubuqdan ibarətdir. İki çubuqlu çarpaz iki qısa üfüqi çubuğun kəsişdiyi şaquli xəttdən ibarətdir.
Papalıq xaçı Üst tərəfdə üç çubuğu olan xaç. Çubuqlar qeyri-bərabər uzunluqdadırlar və hər biri aşağıdakından daha qısadır.
Müqəddəs ürək İsanın Müqəddəs Ürəyinin alov, tikanlı tac və Latın xaçı ilə təsviri.
Salem xaçı Bu xaç, patriarxal xaçına oxşayır, lakin əsas çarpaz çubuğun altında üstdəki çarpaz çubuğun uzunluğuna bərabər olan əlavə bir çarpaz çubuq vardır.
Monoqrammatik xaç P hərfinin üstünə bir xətt əlavə edilərək xaç kimi görünməsi təmin edilmişdir.
Pilləli xaç Bir neçə pilləli (adətən üç) və bir əsas üstündə duran xaç.
Yerusəlim xaçı Hər bucağında daha kiçik xaç olan böyük bir xaç. Yerusəlim krallığının simvolu kimi istifadə edilmişdir.
Üzüklü xaç Yunan xaçının xaricinə bir üzük qoyulur.
Çəngəlli xaç XIII əsrin sonu və ya XIV əsrin əvvəllərində Alman Reynlandında populyarlıq qazanmış Y hərfi formasında olan xaç.
Dəmir xaç Prussiyada hərbi medal və nişan kimi yaranmış Alman hərbi xaçı. Daha sonra Almaniya imperiyasında, Veymar Respublikasında, Nasist Almaniyasında və müharibədən sonrakı Almaniyada müxtəlif hərbi və təhlükəsizlik qüvvələrinin nişanlarında istifadə edilmişdir.

Xaç motivli bayraqlar

[redaktə | mənbəni redaktə et]

Bəzi xristian ölkələr bayraqlarını xaçdan təsirlənərək yaratmışlar.

İsveç bayrağı Skandinaviya xaçına görə hazırlanmışdır.
  1. Rebecca Stein, Philip L. Stein. The Anthropology of Religion, Magic, and Witchcraft. Taylor & Francis. səh. 62. The cross is a symbol most clearly associated with Christianity.
  2. Christianity: an introduction by Alister E. McGrath 2006 ISBN 1-4051-0901-7 pages 321-323
  3. George Willard Benson. The Cross: Its History and Symbolism. səh. 11.
  4. "Nefer". 2024-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-24.
  5. Walker, Barbara G. The Woman's Encyclopedia of Myths and Secrets. San Francisco: Harper & Row, Publishers. 1983. 188.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]