Serb Respublikasının coğrafiyası

Serb Respublikasının topoqrafik xəritəsi

Serb Respublikası coğrafi baxımından Balkan yarımadasının mərkəzində yerləşir. Serb Respublikasının ərazisi 24 641 km² təşkil edir. O 42°° 33 ‘ və 45°° 16 ‘ şimal enliyi, 16°°11 ‘ və 19 °° 37 ‘ şərq uzunluğunda yerləşir. Serb Respublikası Aralıq dənizinə çıxışı yoxdur.

Serb Respublikası Serbiya, Xorvatiya, Monteneqro və Bosniya və Herseqovina Federasiyası ilə sərhədlərə malikdir. Serb Respublikasının ümumi sərhədi 2170 kilometrdir. Onun 1080 km Bosniya və Herseqovina Federasiyası[1] ilədir. Bu ölkənin sərhədləri etnik tərkibə əsasən deyil Deyton anlaşmasına əsasən mövcud olan situasiya əsasında müəyyənləşmişdir.

Qiymətləndirməyə əsasən Serb Respublikasının konsilidirləşmiş dairəyə malik idi. Onun sərhədi 561 kilometr təşkil etməli idi[2][3].

Belej dağı

Serb Respublikasınln ərazisi gromorfoloji baxımından müxtəlifdir. Şimalı təpəli ərazilərdən siyahısına daxildir. Şərqə və cənub-şərqə doğru Hersoqovina dağları ucalır.

Yaxorina dağı daha məşhurdur. Səbəb isə burada 1984-cü ildə qış olimpiya oyunlatı keçirilmişdir.

Hidroqrafiyası

[redaktə | mənbəni redaktə et]

Serb Respublikası zəngin su resurslarına sahibdir.

Trebişnisa

Serb Respublikası ərazisindən axan çayların böyük qismi dağlıq ərazilərdən axdığından zəngin hidro enerji potensialına sahibdir.

Serb Respublikası ərazisindən axan iri çaylar: Drina (305 km.), Sava (202 km.) və Vrbas (117 km.)[4]. Onların böyük hissəsi Qara dəniz hövzəsinə daxildir. Trebişnisa və Neretva çayı Adriatik dənizinə daxildir.

Serb Respublikasının ən böyük gölü Bileçskoedir (27 064 km²). Bu Balkanların ən böyük suni göküdür. Digər suni gölləri Peruçaskoe (12 401 km²), Zvorniçnoe (8876 km²), Vışeqrodskoe (8900 km²) və Boçaskoe (2300 km²). İri təbii gölləri Stirinskoe (0,129 км²), Kotlaniçskoe (0,044 km²), Uloşskoe (0,043 km²), Done-Bare (0,021 km²) və Orlavskoe (0,021 km²).

Meşələr, flora və fauna

[redaktə | mənbəni redaktə et]

Sava çayının hövzəsində sıx meşələr vardır.

Serb Respublikasının ərazisində nəcib maral, qaban, vaşaq, canavar, meşə pişiyi, qonur ayı və s. canlılar rastlanır. Karst ərazilərində kərtənkələ, ilan, tısbağa kimi canlılar yaşayır. Quşlardan isə qartallar, şahinlər və bayuşlar üstünlük təşkil edir.

Kozara parkı

Parkın ərazisi 3520 hektardır. Park 1987-ci ildə Kozara dağının tarixi, mədəni və təbiət özəlliklərini qorumaq məqsədi ilə təşkil edilmişdir. Park Avropanın Milli Parklar Federasiyası siyahısına daxildir — EUROPARC.

Serb Respublikasının ən qədim parklarından biridir. Park 1962-ci ildə təşkil edilmişdir. Sahəsi 17 250 ha ərazini əhatə edir. Burada bürün Avropanın relik dörd meşədindən biri yerləşir. Burada həm də Serb Respublikasının ən hündür dağı Malıç yerləşir (2386 m). Park Avropanın Milli Parklar Federasiyası siyahısına daxildir — EUROPARC.

  1. "Географски и демографски подаци" (serb). 2013-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-15.
  2. "География Республики Сербской" (serb). 2013-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-11-15.
  3. "Географија". 2013-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-21.
  4. "Статистика РС за 2011 год" (PDF) (serb). 2012-11-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-11-15.