Serb Respublikasında çexlər (serb. Чеси у Републици Српској, çex. Češi v Republice srbské) — Serb Respublikası ərazisində yaşayan və işləyən slovak əsilli icması. Hazırda slovaklar Serb Respublikasının rəsmi 12 milli azlıqları siyahısına daxildir. Onların hüquqlarını Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. 2013-cü il məlumatına respublika ərazisində 218 slovak yaşayır.
Çexlər Bosniya və Herseqovina ərazisində ilk dəfə onun Avstriya-Macarıstan ərazisinə birləşdirilməsindən sonra peyda olmuşlar. Çexlər burada mədən sənayesi, meşəçilik, şaxta tikintisi, dəmir yolları, telefon və teleqraf xətlərinin çəkilişində çalışırdılar. Serb Respublikası ərazisinə əsasən Çexiyadan gələnlər və Qalisiyadan gələn çexlər üstünlük təşkil edirdi. Bir köç əsasən Banya Luka, Sarayevo, Brod, Derventa və Mostar şəhərlərində cəmləşmişdir. İkinci köç isə kənd təsərrüfatı sahələrində — Maçinom-Brdo, Nova-Vese, Nove-Topole və Branduke; üçüncü köç — inzibati və şaxta sahələrində — Priedore — çalışırlar.
Bosniya və Herseqovina ərazisinə köçmənin ilk ilində çexlərin ümumi sayı 7 minə çatırdı. Müharibələr arası dövrdə sayları 5886 nəfər olmuşdur. Müharibdən sonra sayları 1978 nəfərə qədər enmişdir. 1970-ci ildə sayları 871, 1981-ci ildə 639 nəfər təşkil etmişdir. Onların yarısı Banya Luka, digər yarısı isə Dervente, Prnyavore, Priedore və Qradişke şəhərlərində yaşayır. Onlar əsasən kəndlilər, hakimlər, bankirlər, həkimlər, əzaçılar musiqiçilər və s sahədə çalışanlardan ibarətdir[1].
Serb Respublikası yaşayan skolvaklar katolikdirlər. Nova-Vese və Maçino-Brdo ərazilərində iki kilsəyə sahibdirlər[2].
Serb Respublikasında böyük icma vardır. Onlar əsasən Banya Luka[3] (200 nəfərlik icma), Nova-Vese və Maçino-Brdo[4] şəhərlərində yaşayırlar. «Çeşka beseda» icmasına icmanın böyük qismi daxildir.