Çexlər


Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovaklujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar.

Çexlər
Češi


IV Karl, Hus, Komenski, Purkine, Radetski, Palatski, Dvorjak, Muxa, Masarik, Navratilova, Havel, Nemtsova
Ümumi sayı
9-12 mln
Yaşadığı ərazilər
Çexiya Çexiya[1]   6,732,104[2]
ABŞ ABŞ 1,462,000[3]
(including German Bohemians)
Kanada Kanada 94,805[4]
İtaliya İtaliya 80,000-90,000
{{ {{{1}}} alias = Böyük Britaniya flag alias = Flag of the United Kingdom.svg flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg flag alias-1651 = Flag of The Commonwealth.svg flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg flag alias-ordu = Flag of the British Army.svg variant = altlink = miqyas =

}}

30,000–90,000
Almaniya Almaniya 20,000–50,000
Slovakiya Slovakiya 30,367[5]
Argentina Argentina 38,000
Avstraliya Avstraliya 21,196[6]
Avstriya Avstriya 20,000
İsveçrə İsveçrə 20,000
Ukrayna Ukrayna 11,000
Fransa Fransa 10,731 (1990)
Xorvatiya Xorvatiya 9,641 (2011)
Çili Çili 8,600
İsrail İsrail 8,000
İspaniya İspaniya 5,622 (2006)
Rusiya Rusiya 5,000–6,000
Braziliya Braziliya 5,000 (2012)
Qazaxıstan Qazaxıstan 1,000[7]
Serbiya Serbiya 1,824[8] (2011)
Dili

çex dili

Dini

ateistlər (59 %), katoliklər (26,8 %), protestantlar (2,1 %)[9]

Qohum xalqlar

slovaklar[10], polyaklar[11]

Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, AvstriyadaPolşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, MoraviyaSileziya tarixi bölgələrində məskunlaşmışdırlar.

Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ*čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır.

Bir etnos kimi çexlər bugünkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar. Çexlərin əcdadı olan slavyan tayfaları VI əsrdən bu ərazilərdə məskən alaraq, qonşu kelt tayfalarıyla qarışmışdılar.

XIII əsrin ikinci yarısı Çexiya ərazilərinə alman mülkədarlarının böyük miqyasda köçməsi ilə səciyyələnir. Müasir zamanda əcdadları alman olan çexlərin ümumi sayı ən azı 100 minə yaxındır[12]. Çexiya torpaqları Habsburq sülaləsinin tərkibində olarkən, hakimiyyət protestantları təqib edirdi. Dini müharibələrdən bezən çex xalqı 1546-1547-ci illər arasında Habsburq sülaləsinə qarşı üsyan qaldırdı, lakin hakimiyyət bu hərəkatı yatırmağı bacardı[13].

XX əsrin əvvəllərində çox sayda çexiyalı vətəndaşlar iş axtarmaq məqsədilə ABŞ-yə mühacirət etmişdilər. Çikaqo şəhəri PraqaVyanadan sonra çexlərin yaşadıqları 3-cü böyük şəhər idi[14][15]. Birinci dünya müharibəsi nəticəsində Avstriya-Macarıstan İmperiyasının yıxılması ilə 1918-ci ilin oktyabrındaÇexoslovakiya Respublikası adıyla müstəqilliklərini elan etdilər. Ölkədəki Sudet bölgəsində (alm. Sudetenland‎) etnik alman qruplarının qiyamları və Almaniyanın təzyiqi ilə Bohemya bölgəsi almanlara verildi (1938). Bir il sonra Hitlerin əmri ilə alman ordusu Çexoslovakiyanı işğal etdi. İkinci dünya müharibəsinin sonunda Çexiya ərazisində yaşayan bütün sudet almanları deportasiyaya məruz qalmışdı; Banat və Volıniyada yaşayan 10 minlərcə çexlər isə bu ərazilərdən repatriasiya edilmişdi. 1990-cı illərdə Çexiya hakimiyyəti QazaxıstanRumıniyada yaşayan etnik çexlərin repatriasiyasına çalışırdı[16][17].

Çexiya Respublikası 1 may 2004-cü ildə Avropa Birliyinə daxil olmuşdur ki, bu da Çexiya vətəndaşlarına birliyə daxil olan digər ölkələrdə çalışmağa geniş imkanlar yaratdı[18]

Müqəddəs Vit Katedralı — Bohemiya krallarının sərdabələri məhz burada yerləşir

XX əsrin birinci yarısına qədər Çexiyada ənənəvi olaraq xristianlıq üstünlük təşkil edirdi (birinci növbədə katolisizm). Müasir zamanda Çexiyada dindarların faizlə sayı əhəmiyyətli dərəcədə azalıb və indi Çexiya dinə ən az inanan ölkələr sırasındadır. 1991—2011-ci illər arasında katoliklərin sayı 40 %-dən 10 %-ə, protestantların isə 3,7 %-dən 0,8 %-ə qədər azalmışdır; Çexiyanın 2011-ci il əhalinin siyahıyaalması, ölkənin 34,2 % əhalisinin ümumilikdə ateist olduğu və daha 45,2 % bu suala cavab verməkdən imtina etdiyi məlum olmuşdu.

Əhalinin konfessionalıq mənsubiyyətinə görə bölünmə (2011)[19][20][21][22]
Din Say %
Roma katolikləri 1,083,899 10.3
Çex qardaşların Yevangelik kilsəsi 51,916 0.5
Çexoslovak hussit kilsəsi 39,276 0.4
Ateistlər 3,612,804 34.2
Cavab verməkdən imtina etdilər 4,774,323 45.2
Dindar özünü başqa dini inancla müəyyən etdi 292,347 2.7
Dindar özünü hər hansı bir dini inancla müəyyən etmədi 707,649 6.7

Çexlərin Y-xromosomun DNT haploqrupuna şərqi və qərbi Avropa xüsusiyyətləri irsən keçmişdir. Genetik olaraq çexlərin 34,2% R1a (Y-DNT) haploqrupuna aid edilir.

2000-ci il araşdırmalarına əsasən müəyyən edilmişdir ki, çex və slovak kişilərin 35,6% german və kelt xalqları arasında yayılmış R1b haploqrupuna mənsubdur[23]. Bu haploqrup hələ E.Ə. 16 500 il bundan əvvəl Mərkəzi Asiyada yaranmışdı[24].

Görkəmli xadimlər

[redaktə | mənbəni redaktə et]

Çex xalqının yaranması haqda bir sıra əfsanələr mövcuddur. Onların içərisində ən məşhuru 3 slavyan qardaşı, müasir Polşanın, ÇexiyanınRusiyanın əsasını qoyan Lex, Çex və Rus əfsanəsidir[25][26][27]. Versiyalardan birinə görə, 3 qardaş birgə ov etməyə çıxırlar, lakin onların hər biri fərqli istiqamətdə ova getməyə özünə qərar verir. Rus şərqə yönəlir. Çex qərb istiqamətinə çaparaq Bohemiya ətrafındakı Rjip dağına çatır. Lex isə şimala gedir. Az keçmədən Lex öz yuvasını qoruyan ağ rəngli qartalı görür. Məhz gördüyü bu yerdə o gələcək dövlətinin paytaxtını - Hnezno şəhərinin əsasını qoyur. Bəyaz qartalı isə Lex öz dövlətin simvoluna çevirir.

Praqalı Kozmanın XII əsrin əvvəlində yazılmış "Çexiya səlnaməsində", Bohemiyaya "Çex uluatasının" başçılığı altında slavyan tayfalarının gəlişi haqqında məlumatlar vardır.

Çex soyadları

[redaktə | mənbəni redaktə et]

Nisbətən az sayda adlardan (təxminən 250 ad mövcuddur) fərqli olaraq, çexlərin 10 mindən çox soyadı vardır.

Çex soyadları (sinqulyar və plüralda: příjmení) mənşəcə ingilis və ya rus soyadlarına çox bənzəyir. Onlar, məsələn, bir çox aspektləri əks etdirə bilər:

  • kiminsə əcdadlarının şəxsi xarakteristikasına görə (məsələn Malý – "kiçik", Veselý – "şən, gümrah", Železný – "dəmir")
  • peşəsinə görə (Kovář – "dəmirçi", Kolář – "təkər düzəldən", Sedlák – "torpaq mülkədarı", Kočí – "faytonçu, arabaçı")
  • qohum adına görə (Marek – "Mark", David, Eliáš – "Elias")
  • heyvan adlarına görə (Liška – "tülkü", Zajíc – "dovşan", Jelínek – "maral balası", Ježek – "kirpi", Kocourek – "pişik balası")
  • quş adlarına görə (Sokol – "şahin", Čermák – "qara qızılquyruq", Kalous – "asio", Sýkora – "arıquşu", Holub – "göyərçin", Čáp – "leylək")
  • bitki adlarına görə (Konvalinka – "inciçiçəyi", Růžička – "kiçik qızılgül", Fiala – "bənövşə", Javor – "qayınağacı")
  • xüsusilə meyvə və tərəvəz adlarına görə (Jahoda – "çiyələk", Hruška – "armud", Cibulka – "soğan")
  • qida və ərzaq adlarına görə (Oliva – "Zeytun", Makovec – "Xaşxaş tortu", Slanina – "bekon")
  • etnik mənşəyinə görə (Slezák – "Sileziyalı", Moravec – "Moraviyalı", Němec – "Alman")
  • həmçinin sifət şəklində (Rosický – "Rositseli", Nepomucký – "Nepomuklu")
  • adətən sadə keçmiş zamanda baş verən hadisələrə görə (Musil – "(o) idi", Pospíšil – "(o) tələsirdi", Zdražil – "(o) qiymətini qaldırdı", Hrabal – "(o) güllələndi")
  • əşya adlarına görə (Procházka – "gəzinti", Chalupa – "kottec, ev", Svačina – "qəlyanaltı", Kučera – "saç qıvrımı")
  • və başqaları

Tarixi şəxsiyyətlər

[redaktə | mənbəni redaktə et]

Çexiya kralları içərisində Müqəddəs Roma İmperiyasının başçısı İmperator IV Karlın adı tarixdə çox məşhurdur. Karl Praqa şəhərini imperiya paytaxtına çevirdi. O Praqada geniş tikinti və inşaat işləri ilə də məşğul olurdu. Onun xatirinə bir sıra tikililərə onun adını vermişdilər. Bunların içərisində: Karl Universitetini, Karl körpüsünün adını qeyd etmək olar. Şəhərin ətrafında yerləşən Karlşteyn qəsri və alman memarı Peter Parlerin yönətimi altında inşa etdirilən Müqəddəs Vit Katedralı onun himayəsi altında tamamlandı.

Digər tanınmışlar sırasında protestantlığın atası, Qusçular hərəkatının başçısı Yan Qusun, pedaqogika elminin banisi Yan Komenskinin və Husitlərin sərkərdəsi, Çex xalqının milli qəhrəmanı Yan Jijka kimi tarixi şəxsiyyətlərin adlarını qeyd etmək olar.

Müasir siyasətçilər

[redaktə | mənbəni redaktə et]

Müasir siyasətçilər sırasında çex yazıçısı, dramaturq,dissident, insan hüquqları müdafiəçisi və dövlət xadimi, Çexoslovakiyanın doqquz[28] və sonuncu (1989-1992), Çexiyanın birinci prezidenti Vatslav Havelin adını qeyd etmək olar. Çexiyanın hazırkı (3-cü) Prezidenti Miloş Zemandır.[29]

Madlen OlbraytABŞ-nin ilk qadın dövlət katibi, siyasətçi. Praqa şəhərində anadan olmuşdur.

Birinci dünya müharibəsindən sonra çex diasporunun sayı artır, bu artım Avropaya, ABŞ-yə mühacirət edən çexlərin hesabına olur. Xaricdə yaşayan çexlərin ən böyük diasporu Amerika Birləşmiş Ştatlarındadır. İlk çex diasporu XIII əsrdə Ukraynanın Volın vilayətində və 1600-cü illərdə Lvov şəhəri ətrafında formalaşmışdı. Volın bölgəsinə çexlərin ikinci miqrasiya dalğası 1868-1880-ci illərdə baş vermişdi və bunun səbəbi də Ukraynada baş verən sənaye inqilabı idi. O zaman Volın bölgəsinə 16 min çex mühacirət etmişdi. İkinci dünya müharibəsindən sonra çexlərin bir çoxu doğma vətənlərinə qayıtmışdılar. Bölgədə yaşayan çexlərin qalanları isə Çernobıl qəzasından sonra Çexiyaya repotriasiyaya razı oldular.

  • Madlen Olbrayt, ABŞ-nin ilk qadın dövlət katibi, siyasətçi.
  • Yehuda Bauer, İsrailli Holokost tarixçisi və alim.
  • Edvard Borovanski, Çexiyada doğulmuş avstraliyalı balet rəqsçisi, xoreoqraf və rejissoru.
  • Georgina Buzova, Böyük Britaniya televiziya aktrisası.
  • Luis Brandeis, 1916-1939-cu illər arasında Birləşmiş Ştatlarının Ali Məhkəməsində çalışmışdı.
  • Tomas Çek, kimya sahəsi üzrə Nobel mükaatı laureatı.
  • Miloş Forman, Çex-Amerika rejissoru, yazıçı, professor, keçmiş Çexoslovakiyadan mühacirət etmişdi.
  • Andre Qlüksmann, fransalı filosof və yazıçı.
  • Corc Halas, oyunçu, məşqçi, peşəkar Amerika futbolunun pionerlərindən idi.
  • İppolit Havel, Qrinviç Villeycdə (Nyu-York) yaşamış çexiyalı anarxist.

Slavyan tayfaların Çexiya ərazisinə köçməsi

[redaktə | mənbəni redaktə et]

Lanqobardların 568-ci ildə Mərkəzi Avropanı tərk edərək Şimali İtaliya ərazisinə köçməsi nəticəsində, praqa-korçak qruplu slavyan tayfaları Laba çayının yuxarı vadisinə köçərək, müasir Bohemiya ərazisində məskunlaşırlar. Məhz onlar erkən Orta əsrlər çex tayfalarının əsasını qoyurlar.

Çexiya ərazisində yaşamış qədim slavyan tayfaları

Çexlərin aşağıdakı tayfaları məlum idi[30]:

Çex tayfalarından cənub-şərqdə Moravlar məskunlaşmışdı (Moravané). Şimal-şərq ərazilərində isə Sileziyanın slavyan tayfaları yaşayırdı. Bunlar: slenzanlar (Slezané), dedoşanlar (Dědošané), bobryanlar (Bobřané) və trebovyanlar (Třebované) idi.

Milli geyimləri (Kroye)

[redaktə | mənbəni redaktə et]

Kroye (çex. Kroje) (tək halda: kroy) - Çexlərin və Slovakların milli geyiminin ümumi adı. Milli geyimdə (xüsusən də başa bağlanan yaylıqlarda) qotik üslubun güclü təsiri hiss olunur. Geyimin nəfis büküşləri və krujeva yaxalıqları intibah dövrünü simvolizə edir. Barokko üslubunda yubkalardan başlayaraq, incə slavyan motivləriylə tikilmiş naxışlara kimi - bütün bu milli qeyimin nümunələri çex və slovak ənənələrinin necə zəngin olduğunu göstərir.

Çexlərin mətbəxi

[redaktə | mənbəni redaktə et]

Çex mətbəxi Çexiyanın tarixi və ənənələrilə çox sıx bağlıdır. Xörəklər köhnə slavyan reseptlərə uyğun bişirilir və tez-tez Almaniya kimi qonşu ölkələrin təsiri nəticəsində bir qədər dəyişdirilir. Uzun müddət ərzində Çexiya Avstriya və Macarıstan hökmranlığı altında olub ki, bu da ölkənin mətbəxinə əhəmiyyətli dərəcədə təsir göstərib. Çexiyanın mətbəxində həmçinin Slovakiya, Bavariya və ya Sileziya kimi qonşu ölkə və bölgələrin də təsirini duymaq asandır.

Çexiya mətbəxinin ən xarakterik xörəkləri içərisində: bişmiş donuz budu (çex. Рečené vepřové koleno), knedliklər, fərqli şorbalar (çex. Polevky) və utopenetsləri (çex. utopenci) (turşuya qoyuluş sosislər və ya şpikaçkalar) qeyd etmək olar[31]. Qarnirlər olduqca müxtəlifdir - kartof (bişirilmiş, qızardılmış, fri), pörtlənmiş kələm. Çexlər qırmızı kələmlə qızardılmış qaz ətini əsl delikates sayırlar. Pivə üçün sevimli qəlyanaltılar - Hermelin, Olomouts pendirləri və xüsusilə qızardılmış pendirdir (çex. Smažený sýr).

Çexlər haqqda maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Yəhudi əsilli Çexiyalı avanqard-bəstəkar Ervin Şulhoff (çex. Ervín Schulhoff) 1919-cu ildə Erotik sonata yazmışdı. Bu musiqi bu günə kimi bütün festivallarda səslənir. Faktiki olaraq, sonata cinsi əlaqə zamanı qadının ah çəkməyinin və nəfəsinin imitaiyasıdır[32]
  • Rusiyada tarakanları prusak adlandırırdılar. Bu ad Prusiya dövlətinin adından götürülmüşdü. Belə hal Çexiyada da mövcud idi. Çex dilində tarakanlar šváb deyilir - bu da müasir Bavariya bundeslandın tərkibində olan Şvabiya ərazisinin adından yaranmışdı.
  • Orta əsrlərdə müasir Çexiyanın Bohemiya vilayətində çox sayda qaraçı yaşayırdı və buna görə də sonradan Fransa ərazisinə köçən qaraçıları (fr. bohémien) - yəni bohemiyalı adlandırmağa başladılar[33]. Qaraçıların xaotik və ekssentrik həyat tərzi Fransada yaşayan yaradıcı elitanı müqayisə üçün əsas oldu. Məhz ona görə də müasir zamanda yaradıcı təbəqəli insanları «bogema» adlandırırlar.
  • «Robot» termini ilk dəfə çex yazıçısı Karel Çapek tərəfindən məişət dilinə gətirilmişdi. Əslində Çapek öz pyesində insanabənzər mexanizmləri «labor» adlandırmaq istəyirdi (latın dilindən tərcümədə labor — iş deməkdir), amma qardaşı Yozefin məsləhəti ilə Çapek onu dəyişərək robot sözü ilə əvəzləyir. Həmçinin onu da qeyd etmək lazımdır ki, robot neologizminə yaxın robota sözü çex dilində adi iş deyil, ağır katorqa işi mənasını verir.

İdman növləri arasında Çexiyada ən çox tennis, futbol, buzüstü hokkey, və yüngül atletika məşhurdur:

Çexlərin musiqi folkloru, rəqs havaları (skoçna, sousedka, furiant və s.) ilə zəngindir. Xalq mahnıları birsəsli olub rəqslərlə sıx bağlıdır.

Çex klassik musiqisinin banisi Bedrjix Smetana milli musiqi mədəniyyəti və dünya musiqi sənəti nailiyyətlərini üzvi surətdə əlaqələndirmiş, milli realist sənətin inkişafına təsir göstərmişdir. Çex musiqisinin dünya şöhrəti qazanmasında Antonin Dorjakın yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. XIX əsrin sonu - XX əsrin əvvəllərində görkəmli bəstəkarlardan L.Yanaçek, Y.Förster, V.Novak, Y.Suk və b. fəaliyyət göstərmişlər.

Çex yazılı ədəbiyyatının ilk nümunələri (dini nəğmələr, jitiyelər, əfsanələr və s.) IX əsrdə qədim slavyan dilində yaranmışdır. XI əsrin sonlarında kilsənin təzyiqi ilə latın dili hakim oldu. XIII əsrin sonu - XIV əsrdə çex dilində dünyəvi ədəbiyyat inkişafa başladı, satirik-didaktik və cəngavər ədəbiyyat yayıldı (S.Flyaşkanın "Yeni dünya" əsəri). Hus müharibələri (1419-1434) Çexlərin ədəbiyyatına vətənpərvərlik ideyaları gətirdi (Y.Hus, Y.Jelivski, P.Helçitski). Katolik kilsənin təqibi XVI-XVII əsrlərdə Çex ədəbiyyatının inkişafını ləngitdi. Humanist pedaqoq Yan Komenski mühacirətdə yaşayıb-yaratmağa məcbur oldu.

Buna baxmayaraq, Çexlərin ədəbiyyatı sürətlə inkişaf edərək, dünya şöhrəti qazanır. Şair Yaroslav Seyfert ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüşdü. Yaroslav Haşek, Karel Çapek kimi yazıçıların əsərləri bestseller olmuşdu.

İncəsənət nümayəndələri içərisində həmçinin kinorejissor Miloş Forman; və fotoqraf Yan Saudekin də adını qeyd etmək olar.

Çexiya öz gözəl qadınları və kişiləri ilə seçilir[37]. Çexiyanın bir çox modelləri dünya şöhrəti qazanmışdı. Onların içərisində:

Çexiya 3 tarixi bölgəni - Bohemiya, Moraviya və Çex Sileziyasını özündə birləşdirir[38]; bu gün ölkə 14 rayona bölünür[39]. Bu torpaqların hər birində bir-birindən fərqlənən mədəniyyət mövcutdur[40]. Əhalinin rəsmi dili çex dilidir, bundan başqa çex dilinin müəyyən yerli dialektləri də var[41].

Çex dialektləri

[redaktə | mənbəni redaktə et]
Çex dilinin dialektləri[42][43]:
1. Çex dialekti bu dialekt özü həmçinin bir neçə qrupa bölünür (1a — şimal-şərq şivəsi, 1b — mərkəzi şivə, 1c — cənub-qərb şivəsi, 1d — cənub-şərq şivəsi)
2. Mərkəzi Moraviya dialekt qrupları
3. Şərqi Morav dialekt qrupları
4. Şimali Morav dialekt qrupları (4a — sileziya-morav şivəsi, 4b — sileziya-polyak şivəsi)
5. əvvəllər almanların yaşadığı ərazilər

Çex dilinin dialektləri (çex. Nářečí češtiny) — əsasən kəndlərdə yaşayan çexlər arasında mövcuddur. Əsasən 4 dialekt qrupu mövcuddur: Çex dialekti, Mərkəzi Moraviya və ya sadəcə Hanats,Şimali Morav (Sileziya və ya Lyaş) və Şərqi Morav (bu dialekt qardaş slovaların şivələrinə çox bənzəyir)</ref>.

Həmçinin Çexlərin fərqli areallarda yaşaması səbəbindən, 4 əsas dialekt qrupu özü də bir neçə daha kiçik hissəyə bölünür[43][44]:

  • Çex dialektləri (česká nářečí, skupina česká)
    • Mərkəzi (orta çex) dialekt (nářečí středočeská)
    • Şimali-şərq çex dialekti (nářečí severovýchodočeská), bura həmçinin podkrkonoş (úseky podkrknošský a pojeśtědský), kladno (kladské nářečí) və litomişl (úsek litomyślský) şivələri də daxildir.
    • Cənub-qərb çex dialekti (nářečí jihozápadočeská), bura Xod (domajlits) (úsek chodský (domažlický)) və dudleb (úsek doudlebský) şivələri daxildir.
    • Cənub-şərq (nářečí jihovýchodočeská) və ya (přechodný pás česko-moravský) dialekti
  • Mərkəzi Morav (Hanats) dialekti (středomoravská (hanácká) nářečí, skupina středomoravská (hanácká))
    • Mərkəzi dialekt (typ centrálni)
    • Dağlı dialekti (typ horský)
    • Znoyem dialekti (typ znojemský)
bura həmçinin çuhats dialektini (typ čuhácký) də aid etmək olar.
  • Şimali Morav (Lyaş) dialekti (slezská (lašská) nářečí, skupina slezská (lašská))
    • Opava dialekti (nářečí opavská (západní))
    • Ostrav dialekti (nářečí ostravská (střední))
    • Sileziya-Morav dialekti (nářečí slezskomoravská (jižní))
    • Qarışıq çex-polyak bölgəsi (smíšená jazyková oblast česko-polská)
  • Şərqi Morav (morav-slovak) dialekti (východomoravská (moravskoslovenská) nářečí, skupina východomoravská (moravskoslovenská))
    • Slovak dialekti (nářečí slovácká), bura dolski şivəsini (úsek dolský) də əlavə etmək olar
    • Valaş dialekti (nářečí valašská), bura keleç şivəsini (úsek kelečský) də əlavə etmək olar

Müqəddəslər

[redaktə | mənbəni redaktə et]

Çex mədəniyyəti bir çox müqəddəsi özündə birləşdirir,[45] ilk növbədə Çexlərin himayədarı sayılan Müqəddəs Vatslavın,[46] Nepomuklu Yanın,[47] Müqəddəs Adalbertin (və ya Voytexin),[48] Müqəddəs Prokopinin və ya Çexiyalı Agnesin (Anežka Česká) adlarını qeyd etmək olar.[49]

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Hroch, Miroslav. "From ethnic group toward the modern nation: the Czech case". Nations and Nationalism. 10 (1/2). 2004: 95–107. doi:10.1111/j.1354-5078.2004.00157.x. ISSN 1354-5078.
  • Berka, Petr and Palan, Ales and Stastny, Petr: Xenophobe's Guide to the Czechs, Oval Books, London, 2008
  • Holý, Ladislav: The Little and the Great Czech Nation, Cambridge University, 1996

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. This number is a lower estimate, as 2,742,669 people opted out declaring ethnicity in 2011.
  2. "Obyvatelstvo podle národnosti podle krajů" (PDF). 2012-01-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
  3. "2004 survey". 2020-02-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
  4. "Ethnic Origin (264), Single and Multiple Ethnic Origin Responses (3), Generation Status (4), Age Groups (10) and Sex (3) for the Population in Private Households of Canada, Provinces, Territories, Census Metropolitan Areas and Census Agglomerations, 2011 National Household Survey". 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
  5. http://portal.statistics.sk Arxivləşdirilib 2014-03-29 at the Wayback Machine Štatistický úrad SR
  6. "2006 census Data : View by Location". 2008-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
  7. "Arxivlənmiş surət". 2014-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  8. "Попис становништва, домаћинстава и станова 2011. у Републици Србији: Становништво према националној припадности - „Oстали" етничке заједнице са мање од 2000 припадника и двојако изјашњени" (PDF). 2016-04-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  9. "Population by religious belief and by municipality size groups". Czech Statistical Office. 2015-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-04-23.
  10. "Ethnologue - Slavic languages". www.ethnologue.com. 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-16.
  11. Slav (people) Arxivləşdirilib 2007-10-21 at the Wayback Machine — Britannica Online Encyclopedia
  12. "Ethnic German Minorities in the Czech Republic, Poland and Slovakia". 2009-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  13. "The Habsburg Monarchy and Rudolph II". 2013-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  14. "Czechs and Bohemians". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  15. Czech and Slovak roots in Vienna Arxivləşdirilib 2014-05-12 at the Wayback Machine, wieninternational.at
  16. The Czech ethnic minority in Romania Arxivləşdirilib 2008-12-19 at the Wayback Machine, 29-12-2004 - Radio Prague
  17. Government completes 13-year program to integrate Kazakh Czechs Arxivləşdirilib 2022-01-16 at the Wayback Machine, The Prague Post, October 31, 2007
  18. Czech politicians say restrictions on free movement of workers within EU should be removed Arxivləşdirilib 2009-01-26 at the Wayback Machine, Radio Prague
  19. "Population by denomination and sex: as measured by 1921, 1930, 1950, 1991 and 2001 censuses" (PDF) (Czech and English). Czech Statistical Office. 2011-02-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-03-09.
  20. "Scitani lidu, domu a bytu 2001". Czso.cz. 2012-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-19.
  21. "Tab 7.1 Population by religious belief and by municipality size groups" (PDF) (çex.)). Czso.cz. 2015-02-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-11-19.
  22. "Tab 7.2 Population by religious belief and by regions" (PDF) (çex.)). Czso.cz. 2013-11-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-11-19.
  23. O. Semino et al, The genetic legacy of paleolithic Homo sapiens sapiens in extant Europeans: a Y chromosome perspective, Science, vol. 290 (2000), pp. 1155-59.
  24. Tatiana M. Karafet, Fernando L. Mendez, Monica B. Meilerman, Peter A. Underhill, Stephen L. Zegura, and Michael F. Hammer (2008). New binary polymorphisms reshape and increase resolution of the human Y chromosomal haplogroup tree
  25. "Чех, Лех и Рус : В поисках мифических первопредков". istrodina.com. 2013-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2001.
  26. В поисках мифических первопредков славян Ноево потомство
  27. "Картина славянского мира: взгляд из Восточной Европы. Этногенетические легенды, догадки, протогипотезы XVI—начала XVIII века". ISBN 5-85803-063-7. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1996.
  28. "Havel Assumes Czechoslovak Presidency". Los Angeled Times. 2016-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 December 2011.
  29. "Václav Havel - Radio Prague". 2009-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  30. Седов, 2002
  31. "Чешская кухня". 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-22.
  32. Daniel Albright, ed., Modernism and Music: An Anthology of Sources (University of Chicago Press, 2004), 327
  33. Harper, Douglas. "Bohemian etymology". Online Etymology Dictionary. November 2001. 2004-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-12-27.
  34. "CzechSite: Famous Czechs". 2022-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
  35. "Antonin Panenka - the footballer Pele described as "either a genius or a madman" - 20-06-2007 10:19 UTC - Radio Prague". 2010-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-17.
  36. Josef, Ladislav. "Masopust's memory lingers on". 2007-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-01.
  37. "Чехи вошли в восьмерку самых красивых народов". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-21.
  38. "Political subdivision of Bohemia, Moravia and Silesia". 2009-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  39. "Area size - Czech republic". 2013-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  40. "Czech regions - Czech republic". 2008-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  41. "Czech". 2009-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.
  42. Short, 1993
  43. 1 2 "Čeština po síti" (çex). 2012-09-15 tarixində orijinalından arxivləşdirilib. (Yoxlanılıb 5 oktyabr 2012)
  44. "Naše řeč" (çex). 2012-12-13 tarixində arxivləşdirilib. (Yoxlanılıb 5 oktyabr 2012)
  45. Maurice, Edmund. The story of Bohemia from the earliest times to the fall of national independence in 1620;: With a short summary of later events. Fisher, Unwin. 1908.
  46. Mershman, Francis. "St. Wenceslaus". Kevin Knight. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-02-10.
  47. Krčmář, Luděk. "St. John of Nepomuk - life". MultiMedia Activity. 2007-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-10.
  48. Attwater, Donald and Catherine Rachel John. The Penguin Dictionary of Saints. 3rd edition. New York: Penguin Books, 1993. ISBN 0-14-051312-4.
  49. "Order of the Knights of the Cross with the Red Star - 757 years". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-18.