Serbiya Respublikası Yuqoslaviya Sosialist Federativ Respublikası dağıldıqdan sonra onun nəzarəti altında sadəcə olaraq Monteneqro və Serbiya əraziləri qalmışdır. Yuqoslaviya SFR sosializmi tərk etdikdən sonra Yuqoslaviya Federativ Respublikasına çevrilmişdir. Sonradan Monteneqro Sosialist Respublikası və Serbiya Sosialist Respublikası adlı iki respublikaya çevrilmişdir. Monteneqro əhalisi 2006-cı ildə keçirilmiş olan müstəqillik haqqındakı referenduma bəli səsini verdikdən sonra, Monteneqro Respublikası müstəqil olmuş və dövlətin ərazisində təkcə Serbiya qalmışdır.