Serbiya macarları

Serbiya macarları — Serbiya Respublikası ərazisində yayılmış çox saylı milli azlıq.

Ümumi sayları 293 299 nəfər təşkil edir. Bu isə ümumi əhalinin 3,9 % bərabərdir (2002-ci ilin siyahıya alınmasına görə). Macarıstandan xaricdə 5-ci ən böyük macar icmasıdır. Bununla yanaşı macarlar ABŞ, Rumıniya, SlovakiyaKanadada böyük bir milli icma təşkil edirlər. ABŞ və Kanadada yaşayan macarlar dağınıq yayılmasını və assimilyasiya olunmasını nəzərə alaraq, Serbiya macarları dünya miqyasında üçüncü ən böyük macar icması sayıla bilər. Bununla belə Serbiya macarlarının sayında azalma müşahidə edilir

Macarların Voevodina vilayətində yayılma xəritəsi
Voevodina macarları milli geyimdə.

Serbiyada macarlar ölkənin şimalında, muxtar Voevodina vilayətində yayılmışdır. Bu ərazi Macarıstanla sərhəddə yerləşir. Bu baxımından bu ərazidə yayılmış macarları diaspor deyil, irrident icma hesab etmək daha düzgün olar. 1920-ci ilə qədər alman azlıqlarının dəstəyi ilə macarlar uzun müddət Avstriya-Macarıstanın tabeçiliyi altında olan Voevodinada etnik iyerarxiyada üst sıraları əlində saxlayırdı. Voevodinanın institusional macarlaşdırılması onunla nəticələnir ki, ölkənin digər ərazilərindən bura macarlar köç edir. Üstəlik yerli serb və almanların assimilyasiyası baş verir. 1910-cu il siyahıyua alınmasına görə serblər Voyevodinanın cəmi 33,8 %-ni, macarlar — 28,2 %, almanlar isə 21,4 %-ni təşkil edirdi. 1920-ci ildən sonra (Trianon sülh müqaviləsi) macarlar kütləvi çəkildə ölkəni tərk etmək məcburiyyətində qalırlar. Bununla da digər xalqların assimiliyasiyası dayanır.
Ancaq bununla belə İkinci Dünya müharibəsi sonrasında Serbiyadakı macarların sayı çox əhəmiyyətli dərəcədə idi. 1948-ci il siyahısına alınmağa görə Serbiyada 433,7 min macar yaşayırdı (üstəlik 428,9 min nəfəri Voevodinada cəmləşmişdi.)[1].
1991 və 2011-ci illərdə Serbiya macarlarının sayında azalma müşahidə edilmişdir. Belə ki, sayları 340,8 min nəfərdən 253,899 nəfərə[2] qədər azlmışdır. Bu isə 87 min nəfərdir ki, ümumi sayının 27 % edir. Bu müddətcə Voevodinada macarların faiz nisbəti 16,9 %-dən 13,0 % qədər azalır.
Burada yaşayan macarlar güclü şəkildə öz üzərində serb mədəniyyətinin və dilinin təsirini hiss edir. Onların qeyri rəsmi paytaxtları Subotiça hesab edilir. Hansı ki, macarlar ümumi əhalinin 38 % təşkil edir.

Macar milli şurası

[redaktə | mənbəni redaktə et]

2014-cü ilin oktyabrında Macar milli şurasına seçkilər keçirilmişdir[3]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. Буквич Р. Региональная проблема социалистической Югославии в 1945—1991 гг. // Вестник Мордовского университета. — 2014. — № 3. — С. 132
  2. "2011 Census of Population, Households and Dwellings in the Republic of Serbia" (PDF). Statistical Office of the Republic of Serbia. 11 August 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 8 March 2013.
  3. "Архива - Избори за чланове националних савета националних мањина 2014. - Мађарски". 2018-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-08.