NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi

NATO-nun Yuqoslaviyaya qarşı apardığı müharibə 1999-cu ilin 24 mart-10 iyun tarixləri arasında olan dövrü əhatə etmişdir və əsasən NATO təyyarələrinin Yuqoslaviya ərazisini səmadan bombardman etməsi ilə yadda qalmışdır. Müharibənin nəticəsi olaraq, serb qoşunları KosovoMetaxiyadan geri çəkilməyə məcbur qalmış və həmin ərazilər NATO-nun nəzarəti altına keçmişdir. Bu da faktiki olaraq həmin ərazilərin Yuqoslaviyadan ayrılmasına gətirib çıxarmışdır.

Müharibənin səbəbləri

[redaktə | mənbəni redaktə et]
  • 28 mart 1989-cu il tarixində serb parlamenti Yuqoslaviya konstitusiyasını pozaraq, Kosmet əyalətinin muxtariyyət statusunu ləğv edir.
  • 1989–1990-cı illərdə Miloşeviçin təşəbbüsü ilə Kosovo hökuməti və parlamenti buraxılır. Demək olar ki, bütün albanlar dövlət orqanlarındakı vəzifələrindən xaric olunurlar.
  • 1991-ci ilin sentyabrında Yuqoslaviyanın süqut etdiyi dövrlərdə Kosovo özünü müstəqil respublika elan edir. Lakin onun müstəqilliyini yalnız Albaniya tanıyır. Bundan sonra albanlar dünya ictimaiyyətinin diqqətini bura yönəltməyə çalışırlar.
  • 1992-ci ildə kosovo albanları yazıçı İbrahim Ruqovu Kosovo Respublikasının prezidenti seçirlər. Ruqov tərəfindən qurulan hökumət ölkəni xaricdən idarə edir.
  • 1995-ci ildə Bosniya müharibəsi zamanı NATO ilk dəfə olaraq güclü bombardman həyata keçirir. Məqsəd bosniya-serb qüvvələrinin BMT-nin müdafiə zonasını qəbul etməsi idi. Nəticədə Deyton müqaviləsi imzalanır və NATO qüvvələri Bosniya ərazisində yerləşdirilir. Kosovo ilə sülh danışıqları nəticə vermədiyindən Kosovonun Azadlıq Ordusu hərbi əməliyyatlara başlayır.
  • Sentyabr-oktyabr 1997. Kosovo albanları serb parlamentinə olan seçkiləri boykot edirlər və Kosovada albanlarla serb polisi arasında ciddi toqquşma baş verir.

Yuqoslaviya hökuməti prezident Miloşeviç başda olmaqla Serbiyanın cənubunda baş verən vətəndaş müharibəsi dövründə çoxsaylı etnik təmizləmələr aparmaqda ittiham edildilər. Lakin yüz minlərlə insanın öldürülməsi barədə məlumatlar isə öz təsdiqini tapmadı. Müharibənin başlanmasına əsas səbəb kimi serblər və albanlar arasında olan etnik qarşıdurmalar göstərildi. Müharibə başlanarkən NATO serb qüvvələrinə Kosovo və Metoxiyanı tərk edib, NATO qoşunlarının orada yerləşdirilməsinə izin verməsi barədə ultimatum verdi. Lakin serblər bu ultimatumu qəbul etmədilər.

Müharibənin gedişi

[redaktə | mənbəni redaktə et]

Müharibə zamanı əsasən aviabombardmanlara üstünlük verən NATO bura 500-dən çox hərbi təyyarə cəlb etmişdi. Bombardımanlara əsasən strateji obyektlər, həmçinin paytaxt Belqrad da məruz qalmışdı.

Müharibənin nəticələri

[redaktə | mənbəni redaktə et]
  • Etnik toqquşmalar sona çatdı.
  • Serbiya iqtisadiyyatı onilliklər əvvəl olan səviyyəsinə qayıtdı.
  • Kimya sənayesi obyektlərinə, su ehtiyatlarına və enerji stansiyalarına endirilən zərbələr Balkanların ekoloji durumuna ağır zərbə vurdu.
  • Kosovo və Metoxiyada hakimiyyət albanların əlinə keçdi.
  • Serblər Kosovonu tərk etdilər.Kosovo monomilli əraziyə çevrildi(90 % albanlar).
  • 2.5 milyon insan bütün gəlirlərindən məhrum oldu.
  • 600 min insan işsiz qaldı.
  • 17 fevral 2008-ci il tarxində Kosovo Serbiyadan ayrıldığını elan etdi.
  • NATO kontingentinin ərazidə 17 minlik qoşunu hələ də qalmağa davam edir.
  • 500-ə yaxın mülki şəxs müharibənin qurbanı oldu.
  • NATO 2 əsgər,2 təyyarə və 2 vertolyotunu itirdiyi halda ,Yuqoslaviya 462 əsgər,114 polis və onlarla strateji obyektini itirdi.