Serbiya prezidenti

Serbiya prezidenti (serb. Председник Србијe/Rom: Predsednik Srbije) rəsmi olaraq Respublika prezidenti kimi adlandırılan Serbiyanın dövlət başçısıdır.

Serbiya prezidenti
Vəzifədədir
Aleksandr Vuçiç
Başçılıq edir Serbiya
Vəzifənin təsis tarixi 11 yanvar 1991
Rəsmi saytı predsednik.rs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hal-hazırkı prezident 2 aprel 2017-ci ildə seçilmiş və 31 may 2017-ci ildə vəzifə səlahiyyətlərinin icrasına başlamış olan Aleksandr Vuçiçdir.

Vəzifə və səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

O, təntənəli mövqeyi malikdir və bu mövqe ona Serbiya Konstitusiyasının 112-ci maddəsinin 5-ci bölməsində göstərilmişdir. Həmin bölməyə əsasən Serbiya prezidentinin vəzifə və səlahiyyətləri aşağıdakılardan ibarətdir:[1]

  • Serbiyanın daxildə və xaricdə ən yüksək vəzifəli nümayəndəsi olmaq;
  • Konstitusiyaya müvafiq olaraq qanuni qüvvəyə malik olan fərmanlar verə bilər;
  • Serbiya parlamentinə Serbiya Baş naziri vəzifəsi üçün şəxs və ya şəxslər tövsiyə edir;
  • Konstitusiyaya müvafiq olaraq Milli Məclisin deputatlarına təkliflər vermək;
  • Serbiya hökumətinin təklifi əsasında Serbiyanın müxtəlif ölkələrdəki səfirlərini müvafiq fərman əsasında vəzifəyə təyin və vəzifədən azad etmək;
  • Xarici diplomatik nümayəndələrdən etimadnamələrinin qəbul edilməsi və geriyə qaytarılması;
  • Amnistiya elan etmək və fəxri təltiflərin verilməsi;
  • Konstitusiya ilə nəzərdə tutulmuş olan digər işlərə rəhbərlik etmək.

Vəzifə başına gəldikləri zaman içdikləri and

[redaktə | mənbəni redaktə et]

Prezident vəzifəsinə başladıqları zaman Milli Məclisdə aşağıdakı andı oxuyurlar:

"Mən <ad>, Kosovo və Metoxiya da daxil olmaq şərti ilə Serbiya Respublikasının ərazisinin suverenliyinin və bütövlüyünün müdafiəsi üçün bütün səy və bacarıqlarımı göstərəcəyimə, insanların və azlıqların hüquq və azadlıqlarının həyata keçirilməsinin təmin edilməsinə, konstitusiya və qanunların müdafiə edilməsinə və onlara riayət edilməsinə, Serbiya Respublikası vətəndaşlarının sülh və rifahının müdafiə edilməsinin təmin edilməsinə və bütün vəzifələrimi şüurlu bir formada və məsuliyyətlə yerinə yetirəcəyimə dair and içirəm.[2]

Serbiya Respublikası Prezidentinin səlahiyyət müddəti

[redaktə | mənbəni redaktə et]

Prezidentin səlahiyyət müddəti beş ildir. Prezidentin səlahiyyətləri Milli Məclisin qarşısında and içməsindən sonra başlayır. Respublika Prezidentinin səlahiyyət müddəti müharibə və ya fövqəladə hallar dövründə uzadılır. Fövqəladə hallar zamanı bu dövr başa çatdıqdan sonra, müharibə dövründə isə müharibənin başa çatmasından sonrakı üç aylıq müddətin sonunda başa çatır. Heç kim iki dəfə prezident seçilə bilməz. Prezidentin səlahiyyət müddəti onun seçildiyi müddətin başa çatması, istefaya getməsi və ya vəzifəsindən kənarlaşdırılması ilə başa çatır. Prezident istefa ərizəsini Serbiya Milli Məclisinin sədrinə təqdim edir.

Köməkçi komanda

[redaktə | mənbəni redaktə et]

Prezidentin müşavirləri Prezidentin ehtiyaclarından əlavə Prezidentin hökumət və parlamentlə münasibətlərində, habelə digər ixtisaslaşdırılmış vəzifələr üçün analitik, məsləhət və digər əlaqədar vəzifələri yerinə yetirirlər.

Yaşayan keçmiş prezidentlər

[redaktə | mənbəni redaktə et]
Adı Vəzifə müddəti Anadan olma tarixi
Boris Tadiç 2004–2012 15.1.1958
Tomislav Nikoliç 2012–2017 15.2.1952
  1. Constitution of Serbia — Article 112 Wikisource
  2. Constitution of Serbia — Article 114 Wikisource