Tomislav Nikoliç

Tomislav Nikoliç (serb. Томислав Николић; 15 fevral 1952[1][2]) Serb siyasətçisidir. O, 2012-ci il may ayının 31-dən 2017-ci ilə qədər Serbiya prezidenti olmuşdur.

Tomislav Nikoliç
serb. Томислав Николић
31 may 2012 – 31 may 2017
SonrakıAleksandr Vuçiç
Serbiya Baş Nazirinin müavini[d]
24 mart 1998 – 20 noyabr 1999
Şəxsi məlumatlar
Doğum tarixi 15 fevral 1952(1952-02-15)[1][2] (72 yaş)
Doğum yeri Kragujevac, Yuqoslaviya Sosialist Federativ Respublikası
Partiya
Fəaliyyəti siyasətçi
Uşağı 2
Dini Serb Pravoslav Kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, siyasətə Xalq Radikal Partiyasının vitse-prezidenti kimi daxil olmuşdur. O, 1998-1999-cu illər arasında Serbiya Baş nazirinin müavini vəzifəsində işləmişdir.

2004-cü il iyun ayının 13-də Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda o, 30,61 faiz səs əldə edərək qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş olan seçkilərin ikinci turunda isə Boris Tadiçə qarşı mübarizə aparmışdır. O, bu mərhələdə 46,03 səs əldə edə bilsə də, lakin rəqibi olan Boris Tadiç 53,97 səs yığaraq onu məğlubiyyətə düçar edə bilmişdir.

O, 2008-ci il yanvar ayının 20-də keçirilmiş olan Serbiya prezident seçkilərinin birinci turunda səslərin 39 faizini yığaraq qalib gəlmişdir. Seçkilərdə 50 faizdən çox səs yığan namizəd olmadığı üçün o, fevral ayının 3-də keçirilmiş olan seçkilərin ikinci turunda Serbiyanın o dövrdəki prezidenti Boris Tadiçlə yenidən yarışmışdır. Bu turda isə o, seçicilərin səslərinin 47%-ini yığa bilsə də, rəqibi Boris Tadiç isə 51%-lik səslə seçkilərdə qalib gəlmiş və yenidən prezident seçilmişdir.

2012-ci il may ayının 6-da Serbiyada keçirilmiş olan növbəti prezident seçkilərinin birinci turunda o, 25 faiz səs əldə edərək o dövrdəki Serbiya prezidenti Boris Tadiçdən sonra ikinci olmuşdur. O, 2012-ci il may ayının 20-də keçirilmiş olan prezident seçkilərinin ikinci turunda isə yenidən Boris Tadiçə qarşı mübarizə aparmışdır. O bu mərhələdə, 49,54 faiz səslə 47,31 faiz səs əldə edən rəqibi Boris Tadiçi məğlubiyyətə düçar edərək Serbiyanın IV prezidenti seçilmişdir.

  1. 1 2 Tomislav Nikolić // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Tomislav Nikolic // Munzinger Personen (alm.).