Serbiyada kənd təsərrüfatı- Əvvəlki kimi 12 milyard avroda ixracın illik potensialı ilə Serbiya iqtisadiyyatında mühüm yer tutur.[1] Kənd təsərrüfatı sahələrinin ümumi ərazisi 6,12 milyon hektardan çoxdur.[2][3] Kənd təsərrüfatı istehsalı ən məhsuldar olan sahələr Ortadunay düzənliyi, Sava, Dunay və Morava çaylarının cənub vadilərində yerləşən ərazilərdir. Kənd təsərrüfatı fəaliyyətinin kəskin ixtisarı 1948-ci ildən müşahidə olunur. Ölkə əhalisinin dörddə üç hissəsi kənd təsərrüfatı üçün borc alır. Lakin onların yalnız dörddə bir hissəsi borclarını qaytarır.[4]
Serbiya müxtəlif kənd təsərrüfatı məhsullarını istehsal edir: Buraya əsasən meyvə və tərəvəz daxildir. Bütün bunlar ÜDM-ın və ixracın əhəmiyyətli hissəsini təşkil edir. Serbiya dünyada moruğun istehsalı üzrə ikinci yeri tutur. (84 299 metr ton ilə birinci yeri Rusiya tutur) Serbiya gavalı istehsalı üzrədə dünyada ikinci yeri tutur.(146 776 metr ton ilə birinci yeri Çin tutur) Ölkə həmçinin qarğıdalı (6.158.120 metr ton ilə dünyada 32-ci yer) və buğdanın (2.095.400 metr ton ilə dünyada 35-ci yer) əsas istehsalçısıdır. Şəkər çuğundurunun (2.299.770 metr ton) və günəbaxanın (454282 metr ton) toxumlarının yütişdirilməsi şəkərə və bitki yağına olan tələbatı ödəyir. Bir hissəsi isə digər ölkələrə ixrac olunur. Avropa İttifaqına 180000 ton şəkər ixrac olunur.[5]
Üzümlüklər Serbiyada 70000 hektar ərazini əhatə edir və ildə 425000 ton üzüm istehsal olunur. Serbiya şərabın 15 əsas və ən böyük ölkə- istehsalçılarından biridir.
Ən məşhur şərab növləri Belgrade Seedless, Prokupac, Sauvignon, "Italian Riesling", Cabernet, Chardonnay, White и Red Burgundy, Hamburg, Muscat, Afus Ali, Vranac, Tamjanka, Krstac, Smederevka və Dinkadır.
Meyvə bağları Serbiyada 310000 hektar ərazini əhatə edir.
Meyvə istehsalının tonlarla həcmi (2012):[6]