Serbiyada xorvatlar

Serbiyada xorvatlar (serb-xorv. Hrvati u Srbiji, serb-kiril. Хрвати у Србији) — Serbiya ərazisində yaşayan etnik azlıq. Milli azlıq statusunu 2002-ci ildə almışlar[1]. Serbiyada 2011-ci il siyahıya alınmasına görə 57 900 xorvat yaşayır. Bunun 54 785 nəfəri VoevodinaBelqradda cəmləşmişdir.

Serbiyada xorvatlar
Serbiyada Xorvat Etnik Azlığının Milli Şurasının rəsmi bayrağı.
Özünüadlandırma
serb-xorv. Hrvati u Srbiji
serb-kiril. Хрвати у Србији
Ümumi sayı
57,900 (2011)
Yaşadığı ərazilər
Voyevodina 47,033
Belqrad 7,752
Dili

Serb-xorvat

İrqi
Avropoid
Dini

Roma-Katolisizm

Daxildir
Slavyanlar
Qohum xalqlar

Bunyevlər, Şoklar

Serbiyalı xorvatların sayı 1960-cı illərin əvvəlində sürətlə artırdı. Bu təbii artımla əlaqədar olmuşdur. Sonradan isə təbii artımın azalması, miqrasiya və etnik mənsubiyyət dəyişdirilməsi nəticəsində saylarında azalma baş verir. Yuqoslaviyada 1948-ci il siyahıya alınmasına görə Serbiya ərazisində 169 864, 1991-ci il siyahıya alınmasına görə isə 105 406 milliyətcə xorvat olan əhali yaşayırdı. Bu isə müvafiq olaraq ümumi əhalinin 2,6 % və 1,1 % təşkil edirdi. Yuqoslaviyada 1948—1991-ci illərdə aparılan siyahıya alınmasına görə xorvatlara həm də bunevlər və şoksilər daxil edilirdi. Hazırda şoksilərin böyük əksəriyyəti özünü xorvat hesab edir. Halbuki, bunevlər isə əksinə özlərini müstəqil etnos sayırlar.

1991-ci ildə Serbiyada yaşayan xorvatların sayının kütləvi şəkildə azalmasının səbəbi Yuqoslaviya müharibəsi zamanı ortaya çıxan xalqlar arası münaqişələr olmuşdur. Ən əsası da Xorvatiya müharibəsi bu azalmağa böyük təsir göstərir[2]. 1992-ci ildə Voyevodinadan olan 10 000 xorvat Xorvatiya serbləri ilə daşınnmaz əmlaklarını dəyişdirmişdir. Münaqişə nəticəsində 20 min xorvat Serbiyanı tərk etmək məcburiyyətində qalmışdır[3]. Voyevodina Xorvatlarının Demokratik Alyansı nümayəndələrinin sözlərinə görə bu münaqişə zamanı Serbiyanı ümumilikdə 50.000-dən çox xorvat tərk etmişdir[4][5].

Serbiya xorvatlarının böyük əksəriyyəti Voyevodina muxtar diyarı ərazisində cəmləşmişdir. Serbiyada 2011-ci il siyahıya almasına görə Voyevodina vilayəti ərazisində 47 033 xorvat yaşayır. Bu isə Serbiyada olan xorvatların 81,2 % deməkdir. Xorvat əhalisinin üstünlük təşkil etdiyi ən çox yaşayış məntəqələri olan bölgə Voyevodinadır. 1961-ci ildə 19, 1981-ci ildə 18, 1991-ci ildə 12 məntəqədə xorvatlar üstünlük təşkil etmişdir. Kosova ve Metohiya muxtar vilayətində 1961 və 1981-ci illərdə 7 yaşayış məntəqəsində xorvatlar ümumi əhalinin üstünlük təşkil edən etnosu olmuşdur. Mərkəzi Serbiyada isə xorvatlar heç bir yaşayış məntəqəsində üstünlük təşkil etməmişlər.

Serbiyada olan xorvatların sayı[6]

Siyahıya alma ili Xorvatların sayı % Serbiyanın ümumi əhalisi
1948 169 864 2.60 % 6 527 966
1953 173 246 2.48 % 6 979 154
1961 196 409 2.57 % 7 642 227
1971 184 913 2.19 % 8 446 591
1981 149 368 1.60 % 9 313 677
1991 105 406 1.08 % 9 778 991
1991 (Kosovosuz) 97 344 1.24 % 7 822 795
2002 (Kosovosuz) 70 602 0.94 % 7 498 001
2011 (Kosovosuz) 57 900 0.81 % 7 186 862

Xorvat dili Serbiyada muxtar diyar olan Voyevodinada rəsmi dil statusuna malikdir.

  1. "Hrvatska manjina u Republici Srbiji". rs.mvp.hr. İstifadə tarixi: 1 April 2012.[ölü keçid]
  2. "Pismo prognanih Hrvata Josipoviću". 2012-08-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
  3. "Croats in Serbia which is not in war with Croatia, With head stuck into sand". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
  4. "Sedamnaest godina od proterivanja Hrvata iz Hrtkovaca, Zoran Glavonjić". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
  5. Anniversary of SRS rally in Vojvodina town Arxivləşdirilib 2010-05-10 at the Wayback Machine
  6. "Xorvatiya əhalisi (1931—2001)". 2013-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.