Sergey Şipov (rus. Сергей Шипов; doğ. 17 aprel 1966, Murom, Rusiya SFSR, SSRİ) — Rusiya şahmatçısı, qrosmeyster (1996), həmçinin şahmat məşqçisi, şərhçi və yazıçı.
Sergey Şipov | |
---|---|
rus. Сергей Шипов | |
Ölkə |
SSRİ → Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Murom, Rusiya SFSR, SSRİ |
Təhsili |
|
Titulu | qrosmeyster (1996) |
Son reytinqi | 2541 (sentyabr 2019) |
Maksimal reytinqi | 2662 (yanvar 1999) |
FİDE nömrəsi | 4113624 |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Şipov 1966-cı il aprelin 17-də Vladimir vilayətinin Murom şəhərində anadan olub. 1970-ci illərin əvvəllərində ailəsilə birlikdə Kirjaç şəhərinə köçüb. Burada o, uzun müddət şahmat dərnəyində məşğul olub. 1979-cu ildə Moskvada idman internatına daxil olub. 1983-cü ildən 1989-cu ilədək Moskva Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb. 1989-1991-ci illərdə Moskva vilayətivin Çernoqolovka şəhərində yerləşən SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda çalışıb.[1]
1992-ci ildə beynəlxalq usta normasını yerinə yetirib, 1996-cı ildə isə beynəlxalq qrosmeyster adını alıb.
Şipov 1998-ci ildə Sankt-Peterburqda Rusiya vitse-çempionu titulunu qazanıb.
1999-cu ildən Moskvada yaşayır və işləyir.
Şipov şərhçi karyerası boyu kasparov-chess.ru, chesspro.ru və 64.ru kimi saytlarla əməkdaşlıq edib. 2006-cı ildə özünün crestbook.com şahmat saytını yaratmışdır.
2013-cü ildən 2014-cü ilədək Chess TV telekanalının şahmat üzrə daimi şərhçisi olub.[2]
2016-cı ilin noyabrında şahmat üzrə dünya çempionu adı uğrunda matçın rəsmi rusdilli şərhçisi olub.[3][4]
Şipov dörd kitabın müəllifidir: