Sergey Abramov (riyaziyyatçı)

Sergey Mixayloviç Abramov (rus. Сергéй Миха́йлович Абра́мов; 25 mart 1957, Moskva) — informasiya texnologiyaları və kompüter sistemləri sahəsində Rusiya alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2006-cı ildən), fizika-riyaziyyat elmləri doktoru (1996).[1]

Sergey Abramov
Doğum tarixi 25 mart 1957(1957-03-25) (67 yaş)
Doğum yeri
Elm sahəsi Kibernetika
Elmi dərəcəsi
Elmi adları
Üzvlüyü
Mükafatları Rusiya Federasiyasının elm və texnika sahəsində dövlət mükafatı
botik.ru/~abram/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1980-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. 1986-cı ildən Proqram Sistemləri İnstitutunda (Pereslavl-Zalesski), 1991-ci ildən bu İnstitutun Çoxprosessorlu Sistemlər üzrə Tədqiqat Mərkəzinin direktoru; Rusiya Federasiyası Təhsil Nazirliyinin Rusiya Regional Problemlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini olmuşdur.[1]

  1. 1 2 Энциклопедический словарь. 2009. АБРАМОВ Сергей Михайлович.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]