Sergey Timofeyeviç Aksakov (1 oktyabr 1791 - 12 may 1859) — Rusiya yazıçısı.
Sergey Aksakov | |
---|---|
rus. Серге́й Тимофе́евич Акса́ков | |
Doğum tarixi | |
Doğum yeri | Ufa |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Moskva |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, ədəbiyyat tənqidçisi, jurnalist, tərcüməçi, memuarçı, nasir, teatr tənqidçisi |
Əsərlərinin dili | rus dili |
Üzvlüyü | |
Sergey Aksakov Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi. Körpə Aksakovun danışmaq istədiyi ailə hekayətlərindən görürük ki, bu ailə patriarxal ailədir, öz keçmişi ilə, qədimliyi ilə fəxr edən ailədir. Ailə şəcərəsi göz önündə, evin baĢçısının əlinin altındadır. Ailədə oğlan uşağının doğuluşuna çox sevinir, dalbadal doğulan qızlara darılırlar. Evdə ilk söz də, son söz də ailə başısının - babanındır. Nə qədər ki, bu baba, atanın atası sağdır, hamı dinməz-söyləməz ona tabedir. Xüsusən qadınlar söz deyib kişi qabağına keçə bilməzdilər. Bu ailədə qız alanda cer-cehizdən qabaq ailənin mötəbərliyinə, əslinə-kökünə baxırdılar. Aksakovlar da hər kəslə qohum olmağı özünə sığışdıran ailə deyildi.
Sergey Aksakov 12 may 1859-cu ildə Moskva şəhərində vəfat edib.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |