Sergey Aleynikov

Sergey Yevgeneviç Aleynikov (belar. Сяргей Яўгенавіч Алейнікаў; 7 noyabr 1961, Minsk, BSSR) — Sovet və Belarusiya SSRİ millisinin oyunçusu. Müdafiəçiyarımmüdafiəçi mövqeyində oynamış. Oyun karyerasını başa vurduqdan sonra məşqçiliklə məşğul olmuşdur.

Sergey Aleynikov
rus. Серге́й Але́йников
Ümumi məlumatlar
Doğum tarixi 7 noyabr 1961(1961-11-07)[1][2] (62 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 182 sm
Çəkisi 74 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası[* 1]
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
0000 0 (0)
Milli yığma[* 2]
0000 0 (0)
Məşqçisi olduğu klublar
0000
0000
0000
0000
Təltif və medalları
'

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

11 yaşından etibarən Sergey bir çox məşhur futbolçunun oynadığı Minsk SDYŞOR-5-də futbol oynamağa başlamışdır. Tezliklə Minskin Dinamo klubunda düblunu həyata keçirdi. 1981-ci ildə 19 yaşlı Aleinikov əsas komandanın baş məşqçisi Eduard Malofeyevin rəhbərliyi altında məşq etmiş, ancaq mövsümün sonuna kimi bir neçə dəfə meydanda çıxa bilmişdir.

1982-ci ildə Minsk klubu tarixində ilk dəfə SSRİ çempionluğunu qazandı və Sergeyin bu uğurda əməyi böyük idi. Meydanda tez-tez görünməməsinə baxmayaraq (ümumilikdə 34 matçdan 21-də oynamışdı), 8 qol vurmağı bacarmışdır. "Spartak" klubuna qarşı keçirilən çempionatın son turunda qapıçı Rinat Dasayevin qoruduğu qapıya qol vuraraq hesabı 4: 1 çatdırdı. Ancaq bundan sonra moskvalılar fərqi minimuma endirməyə müvəffəq oldular və oyun 4:3 hesabı ilə başa çatdı və Aleynikov "qızıl" qol vuraraq komandasına qələbə qazandırdı.

1989-cu ildə Aleynikov 4 milyon dollar müqavilində Yuventus klubuna transfer oldu[3]. Yarımmüdafiəçinin uyğunlaşmasına komanda yoldaşı Aleksandr Zavarovun böyük rolu olmuşdur.

Sergey əsas heyətdə omağı bacardı və bir mövsümdə İtaliya kubokunda və UEFA kubokunu qazanmağı bacardı. Ancaq mövsüm sonunda Aleynikov komandanı tərk etmək məcburiyyətində qaldı. Bir versiyaya görə, buna səbəb Sergeyi komandaya dəvət edən baş məşqçi Dino Zoffun vəzifəsindən getməsi olub.

Futbol karyerasını başa vurduqdan dərhal sonra Aleynikov İtaliyada həvəskar komandalarln məşqçisi olmasına qərar verdi. Bundan sonra o, qısa müddətə Rusiya Torpedo-Metallurq və Vidnoe komandalarına rəhbərlik etsə də uğur qazana bilmədi.

2003-cü ildə İtaliyaya qayıtdı, burada Lecce və Juventus klub akademiyalarında çalışdı, sonra yenidən həvəskar komandalara məşq etdi. Məşqçilik karyerasında son klubu 2014-cü ildə baş məşqçi olduğu Litvanın Daynava olmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Sergey Alejnikov // Transfermarkt (çd.). 2000.
  2. Sergei Aleinikov // FBref.com (çd.).
  3. «Спорт-Экспресс Футбол». — № 13. — 22 июня 1999