Sergey Mavrodi (rus. Серге́й Пантеле́евич Мавро́ди; 11 avqust 1955, Moskva – 26 mart 2018, Moskva) — SSRİ məkanında ən böyük maliyyə piramidası sayılan "MMM"-in qurucusu.[1]
Sergey Mavrodi | |
---|---|
rus. Сергей Пантелеевич Мавроди | |
Doğum tarixi | 11 avqust 1955 |
Doğum yeri | |
Vəfat tarixi | 26 mart 2018 (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey Mavrodi 1992-ci ildə "MMM" şirkətini yaradıb. Tez bir zamanda məşhurlaşaraq, Rusiyanın tarixində nəhəng maliyyə piramidasına çevrilir. Ora daxil olan üzvlərin gəlirləri, yeni gələnlərin üzvlük haqqından ödənilirdi, lakin müştəri axını kəsilməyə başladıqda isə ödənişlərdə gecikmələr başlayır. Müxtəlif qiymətləndirmələrə əsasən, "MMM" dən zərər çəkmiş şəxslərin sayı 10–15 milyon nəfərə çatır. 2007-ci ildə Mavrodi dələduzluğa görə 4,5 illik azadlıqdan məhrum edilir. Bütün bu müddəti o, istintaq zamanı hələ ibtidai həbsdə olarkən çəkib qurtarır. Martın 26-da gecə saatlarında Mavrodi Polikarpova küçəsindəki avtobus dayanacağından xəstəxanaya aparılıb. O, zəiflikdən və ürək nahiyəsindəki ağrılardan şikayət edirdi. Təcili yardımı yoldan təsadüfən keçən şəxs çağırıb. Mavrodi 67-ci şəhər xəstəxanasına yerləşdirilib, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.[2]