Sergey Milinkoviç Saviç (serb. Сергеј Милинковић Савић 27 fevral 1995[1][2], Lleida) — Serbiyalı futbolçu. İtaliyanın "Latsio" klubunun və Serbiya milli futbol komandasının oyunçusu. Yarımüdafiəçi kimi çıxış edir.
Sergey Milinkoviç-Saviç | |
---|---|
serb. Сергеј Милинковић-Савић | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 27 fevral 1995[1][2] (29 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 191 sm |
Çəkisi | 82 kq |
Mövqeyi | yarımmüdafiəçi |
Klub haqqında məlumat | |
Klub | |
Vikianbarda əlaqəli mediafayllar |
Serbiyanın "Voyvodina" klubunun gənclər komandasının yetirməsidir.[3] 23 noyabr 2013-cü ildə "Yaqodina" ilə oyunda Marko Poletanoviçi əvəzləyərək karyeerasında ilk rəsmi oyuna çıxır.[4]
2014-cü ilin iyununda 19 yaşlı serbiyalı futbolçu Belçikanın "Genk" klubu ilə müqavilə imzalayır. 2 avqust 2014-cü ildə yeni komandada debüt edir. Sergey 2014/15 mösümundə Belçika çempionatında 24 oyun keçirir və 5 qol vurur.
31 iyul 2015-ci ildə "Latsio" klubuna keçir. 18 avqust 2015-ci il tarixində "Latsio"nun heyətində debüt edir.
Sergey Serbiyanın gənclərdən ibarət milli komandalarına ilk dəfə 2013-cü ildə dəvət edilib. Serbiyanın "U19", "U20" və "U21" milli komandalarında oynayıb. O, 2015-ci ildə FİFA U-20 Dünya Kubokunu qazanan və çıxışlarına görə turnirin Bürünc Top mükafatını alan Serbiya komandasının üzvü idi. O, 2017-ci ildən Serbiyanın əsas milli komandasında debütü edib və Serbiyanın 2018 və 2022 FIFA Dünya Kuboklarındakı heyətində yer alıb.
Klub | Mövsüm | Liqa | Ölkə kuboku | Beynəlxalq | Digər | Toplam | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dvizion | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Voyvodina | 2013–14 | Serbiya Superliqası | 13 | 3 | 3 | 1 | 0 | 0 | — | 16 | 4 | |
Genk | 2014–15 | Belçika PRO Liqası | 24 | 5 | 0 | 0 | — | — | 24 | 5 | ||
Latsio | 2015–16 | A Seriyası | 25 | 1 | 2 | 0 | 8 | 2 | 0 | 0 | 35 | 3 |
2016–17 | A Seriyası | 34 | 4 | 5 | 3 | — | — | 39 | 7 | |||
2017–18 | A Seriyası | 35 | 12 | 4 | 0 | 8 | 2 | 1[a] | 0 | 48 | 14 | |
2018–19 | A Seriyası | 31 | 5 | 5 | 2 | 5 | 0 | 0 | 0 | 41 | 7 | |
2019–20 | A Seriyası | 37 | 7 | 1 | 0 | 4 | 1 | 1[a] | 0 | 43 | 8 | |
2020–21 | A Seriyası | 32 | 8 | 2 | 0 | 7 | 0 | — | 41 | 8 | ||
2021–22 | A Seriyası | 37 | 11 | 2 | 0 | 8 | 0 | — | 47 | 11 | ||
2022–23 | A Seriyası | 14 | 3 | 0 | 0 | 6 | 2 | — | 20 | 5 | ||
Toplam | 245 | 51 | 21 | 5 | 46 | 7 | 2 | 0 | 314 | 63 | ||
Karyerasında cəmi | 282 | 59 | 24 | 6 | 46 | 7 | 2 | 0 | 354 | 72 |
Milli komanda | il | Oyun | Qol |
---|---|---|---|
Serbiya | 2017 | 2 | 0 |
2018 | 8 | 0 | |
2019 | 5 | 0 | |
2020 | 5 | 3 | |
2021 | 8 | 2 | |
2022 | 11 | 2 | |
Cəmi | 39 | 7 |