Sergey Zverev (saxa Сергей Афанасьевич Зверев — Кыыл Уола 8 iyul 1900, Tyubyay[d], Yakutiya MSSR – 7 mart 1973) — Yakut xalq müğənnisi və Olonqo dastançısı. SSRİ Yazıçılar Birliyinin üzvü (1939), Rusiya Sovet Federativ Sosialist Respublikası və Yakutiya Muxtar Sovet Sosialist Respublikası əməkdar mədəniyyət işçisi[1].
Sergey Zverev | |
---|---|
Doğum tarixi | 8 iyul 1900 |
Doğum yeri |
|
Vəfat tarixi | 7 mart 1973 (72 yaşında) |
Sergey Zverev 1900-cü il iyunun 25-də (6 iyul) (digər mənbələrə görə 19 avqust 1891-ci ildə) Yakutsk vilayətinin Suntarski ulusundakı Tyubyat kəndində anadan olmuşdur. 20 ildən çox rəncbər kimi çalışmışdır. Sonra Bodaybin qızıl mədənlərində mədənçi, Kempendyay Duz Zavodunda dülgər kimi çalışır. Kolxoz təsərrüfatına qoşulur, kolxozun sədri olur[2]. 1940-1945-ci illərdə Nyurbin kolxoz teatrının aktyoru kimi çalışır.
Q. Vasiliev ilə birgə Yakutiyadakı almaz sənayesinin yaranmasına həsr olunmuş «Ayxal eyiexe aar tayka» ("Sənə şöhrət, boz tayqa") poemasını yazmışdır. 1953-cü ildə Sergey Zverevin "Min Sereqim" ("Ürəyim") şeirlər toplusu nəşr olunur.
Sergey Zverev Yakut rəqs mədəniyyətinin banilərindən biridir. 30-dan çox rəqsin müəllifidirı: "Alqıs", "Sitim", "Salberaeske", "Xotoy", "Kımus Orde" və s. 1959-cu ildə «СуоЇалдьыйа Толбонноох» opera baletini səhnəyə qoymuşdur. Rəqs əsərlərindən ən məşhuru, Moskva və digər şəhərlərin səhnələrində dəfələrlə nümayiş olunan «ОЇуордар» ("Nümunələr") rəqsidir. Sergey Zverevin rəqsləri Yakut milli mədəniyyətinə söykənir.
Sergey Zverev hələ uşaq ikən xalq epik sənəti olan olonqo maraqlanır. Onun babası Anton Dıapta və Afanasi Antonov - Kııl Ohonoohoy məşhur olonqoçulıar idi[3].
Zverev əsərlərində Yakut xalqının təbiətini, həyatını və məişətini tərənnüm edirdi. İkinci Dünya müharibəsi illərində qələbəyə inamla dolu bir sıra vətənpərvərlik mahnıları ("Baraaççı ırıata", "Aia alqıka", "Ebe alqıha", "Kıayıaxpıt", "Uotunan tıımmıt uottan umsuo") yazmışdır. Müharibədən sonra «Uluu Moskuba tuqunan toyuk» ("Böyük Moskvanın əfsanəsi"), "Meqinsev bəndi" və s. əsərlərini yazmışdır. Sergey Zverevin Moskvaya həsr etdiyi şeir rus dilinə tərcümə edilir və şəhərin 800 illik yubileyini qeyd edərkən Pravda qəzetində yüksək qiymətləndirilir. 1947-ci ildə Zverev Yakut Dövlət Musiqili Dram Teatrına ilk Yakut qəhrəmanlıq-epik operası olan «Nyurqun Bootur»[3] hazırlanmasında məsləhətçi qismində dəvət olunur.