Sertak xan

Sertak xan və ya Sartak xan1255-1256-cı illərdə qısa müddətə hakimiyyətdə olmuş Qızıl Orda dövləti xanı. O, Batı xanın ən böyük oğlu olmuşdur. Qısa müddət xan olduqdan sonra müəmmalı şəkildə vəfat etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Batı xanın ən böyük oğlu olan Sertak xandan tarixi qaynaqlarda ilk dəfə 1246-cı ildə Çernigiv knyazı Mixailin Saray şəhərində Batı xanın hüzuruna çıxması və ardıycada öldürülməsi hadisəsi zamanı bəhs edilir. Sonrasında Rostov knyazı Boris Vasilkoviçın adət üzrə knyazlığın təstiqlənməsində olmasına görə ondan bəhs edilməkdədir. Sertak xan 1252-ci ildə Aleksandr Nevskinin Vladimir knyazı olaraq böyük kn yaz sçeilməsində önəmli rol oynamışdır.

Flamand missioner Rubrikli Villiam Fransa kralı IX Lüdovik tərəindən monqolların xristian olması və səlib yürüşünə dəstək vermələrini xahiş edən məktubunun monqol xanlarına çatdırılması vəzifəsi zamanı iyul 1253-də Don ilə Volqa arasında Sertak xan ilə görüşmüşdü. Atası Batı xan tərəfindən onu təmsilən Böyük Monqol xanı Münke xanın topladığı qurultaya qatılmaq üçün vəzifələndirilmişdi. Batı xan 1255-ci ilin oktyabr-noyabr aylarında öldüyündə Sertak hələ də Münke xanın yanında idi. Atasının sağlığında vəliəhd elan edilən Sertak böyük xan Münke tərəfindən 1256-cı ildə xan elan edildi.[1]

Dövrün tarixi qyanaqlarının da bildirdiyi kimi, Sertak xan nestoriyan xristian olmuşdur. Xan olduqdan sonra Qaraqorumdan Qızıl Ordanın paytaxtı Saraya dönməkdə olan Sertak xan dönüş yolu üstündəki əmisi Bərkənı sırf onun müsəlman olmasına görə ziyarət etməyərək hörmətsizlik etmişdi. Ehtimal ki, paytaxta gəlib çatmasından qısa müddət sonra həyatını itirmişdir. Bəzi müsəlman müəlliflər tərəfindən yazılan tarixi qaynaqlar Sertakın ölümünə hörmətsizlik etdiyi Bərkənin dualarının səbəb olduğunu yazmışdırlar. Bəzilərinin iddiasına görə, onlar bunu yazmaqla ölümdə Bərkənin əli ola biləciyinə işarə vurmuşdurlar. Bundan əlavə, Sertak xanın ölümündən qısa müddət sonra onun oğlu Ulaqçı da ölmüşdür. Onun da ölümündə Bərkənin əlinin olması iddia olunur.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Grousset, René. Stepler İmparatorluğu Attila, Cengiz Han, Timur. 2011. səh. 395-396. ISBN 978-975-16-2408-6.
  2. Richard, Jean. Berke Han'ın İslam'a Girişi ve Altınordu Hanlığında İslamiyetin Yayılışı. 1988. səh. 634-636.