Sevasti Xantu (yun. Σεβαστή Ξάνθου; 1798 – bilinmir) ― Emmanuil Ksantosun həyat yoldaşı. Onun əri "Filiki Eteriya" ("Dostlar Cəmiyyəti") adlı Osmanlı İmperiyasına qarşı yunan konspirativ təşkilatının üzvü və qurucularından biri idi.
Sevasti Xantu | |
---|---|
Doğum tarixi | 1798 |
Vəfat tarixi | bilinmir |
Sevasti Xantu anası Mariora və iki bacısı Yefrosinya və Eleni ilə birlikdə İstanbulun Arnavutköy ilçəsində yaşayırdı. 17 yaşında (1815) və "Filiki Eteriya" qurulduqdan bir il sonra Sevasti təşkilatın qurucularından biri Emmanuil Ksantosa ərə getdi.[1] Onların Nikolas, Perikl və Aspasiya adlı 3 uşağı doğuldu. 1821-ci ildə yunan inqilabı başlayanda o, təhlükəsizlikdə qalmaq məqsədilə ailəsi ilə birlikdə İstanbuldan İzmail (indiki Ukrayna şəhəri) şəhərinə köçdü. 1822-ci ildə Sevasti düşmən mühitdə olduqlarını hiss etdi və onun təşəbbüsü ilə onlar İzmaili tərk edərək Kişinyova köçdülər.[2] Emmanuil Ksantos iki səbəbdən ailəsindən çox vaxt uzaq düşürdü, birincisi yunan inqilabını təşkil etmək məsuliyyətini öz üzərinə götürməsi, ikincisi də Margineni monastırında olması ilə bağlı idi.[3] Onun yoxluğunda ailəsinə güvəndiyi insanlar baxırdılar, məsələn onun qayını Mixail Mixaloqlou (Yefrosinyanın həyat yoldaşı) və Mixail Fokianos ailənin maliyyə problemlərini öz üzərinə götürmüşdülər.
Sevasti Xantu uzun illər ərinin yoxluğunu yaşamışdır, ancaq buna baxmayaraq bu işin öhdəsindən gəlıb, uşaqlarını böyüdüb başa çatdıra bilmişdir, eyni zamanda bir neçə mübarizə aktivistləri, "Filiki Eteriya" üzvləri və dövrün məşhur şəxsiyyətləri ilə əlaqə qurmuş və həyat yoldaşı haqqında məlumat toplayırdı.[4]