Arnavutköy

Arnavutköy (türk. Arnavutköy) — İstanbul ilinin ilçəsi. İstanbulun qərbində, Avropa hissəsində yerləşir. Qara dəniz sahilinə yaxındır.[1]

Arnavutköy
41°11′ şm. e. 28°44′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 506,48 km²
Saat qurşağı
Digər
arnavutkoy.gov.tr
Xəritəni göstər/gizlə
Arnavutköy xəritədə
Arnavutköy
Arnavutköy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin qurulmasının dəqiq vaxtı məlum deyil, lakin mənbələr və xəritələr artıq 1850-ci illərdə şəhərin yerləşdiyi ərazi üçün Arnavutköy adını istifadə edirlər. Şəhərin adı arnautlardan gəlir və "Arnaut kəndi" deməkdir, baxmayaraq ki, onlarla əlaqələri çox zəifdir, demək olar ki, heç yoxdur. 1922-ci ilə qədər bu ərazidə yunanlar məskunlaşmışdı, lakin yunanların mübadiləsi nəticəsində onları köçürmüş, onların evlərinə isə Yunanıstandan köçürülmüş türklər yerləşdirilmişdi. Hər bir evin fərdi adı var idi. Qəsəbədə məktəb, mağaza və kafe var idi. Arnavutköy İstanbuldan Avropaya gedən əsas quru yol üzərində yerləşirdi və sərnişinlər vaxtaşırı burada nəqliyyatın olmaması, yaxud yol hərəkət üçün bağlı olduqda dayanmalı olurdular.[2]

1951-ci ildə 350 yeni ev tikilmiş və qəsəbə regional mərkəzə çevrilməyə başlamışdır. Şəhərin əhalisinin artımı Anadolunun kənd əhalisinin şəhərlərə miqrasiyası ilə əhəmiyyətli dərəcədə sürətlənib və 22 mart 2008-ci ildə Arnavutköy rəsmi olaraq İstanbulun rayonlarından birinə çevrilmişdir.

İcra hakimləri

[redaktə | mənbəni redaktə et]
  • Həsən Kayım Anavətən Partiyası 1987-1989
  • Bəxtiyar Sağlam Rəfah Partiyası 1989-1999
  • Bayram Əminəl Demokratik Sol Partiyası 1999-2004
  • Əhməd Haşim Baltacı Ədalət və İnkişaf Partiyası 2004-günümüz

Bələdiyyə seçimləri

[redaktə | mənbəni redaktə et]
Arnavutköy İcra hakimləri və partiyaları[3]
İl İcra hakimi Partiya Faiz
2009 Ahmet Haşim Baltacı AKP %40,82
2014 Ahmet Haşim Baltacı AKP %51,65
2019 Ahmet Haşim Baltacı AKP %57,73

Ümumi seçimlər

[redaktə | mənbəni redaktə et]
İl Partiya Faiz
2011 AKP %61
2015 AKP %50
2015 AKP %63

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]