Qurbanəliyeva Sevda Firudin qızı (d. 13.11.1960, Gəncə) — Azərbaycan alimi, sənətşünaslıq doktoru (1995), professor (1996).
Sevda Qurbanəliyeva | |
---|---|
Sevda Firudin qızı Qurbanəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi adı | professor |
Təhsili | |
Mükafatları |
Sevda Qurbanəliyeva 1960-cı ilin noyabrında Gəncədə anadan olub. 1979-cu ildə Q.Hüseynli adına orta ixtisas məktəbini, 1984-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini bitirib[1].
O, 1989-cu ildə "Musiqi sənəti" ixtisası üzrə namizədlik dissertasiyasını, 1995-ci ildə P.İ.Çaykovski adına Kiyev Dövlət Konservatoriyası nəzdində fəaliyyət göstərən, dünya miqyasında tanınmış alimlərdən ibarət ixtisaslaşdırılmış Müdafiə Şurasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək beynəlxalq aləmdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təqdim və təbliğ etmişdir. Ona 1996-cı ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilib[1].
1984-1990-cı illərdə Gəncə şəhəri Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim işləmiş, ictimai əsaslarla Musiqi Texnikumunda gənclər təşkilatına rəhbərlik edib[1].
1984-cü ildən Gəncə Dövlət Universitetində müəllim, dosent, onun təşəbbüsü və bilavasitə təşkilatçılığı ilə yaradılmış musiqi fənləri kafedrasının müdiri, 1996-cı ildə professor vəzifəsinə seçilmiş və hazırda həmin kafedraya və ictimai əsaslarla GDU-nun tələbə yaradıcılıq kollektivlərinə uğurla rəhbərlik edir, universitet Elmi Şurasının üzvüdür. 2002-ci ildən Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının üzvüdür[1].
2011-ci ildən AMEA-nın Gəncə Regional Elmi Mərkəzində "Sənətşünaslıq" şöbəsinə rəhbərlik edir[1].
2007-ci ildən indiyədək Gəncə Dövlət Universitetində YAP Qadınlar Şurasının sədr müavinidir[1].
1984-ci ildə Azərb. Dövlət Konservatoriyasını bitirmişdir[2]. Əmək fəaliyyətinə 1984
ildən Q.Hüseynli ad. Musiqi Texnikumunda müəllim kimi başlamışdır. Hazırda Gəncə Dövlət Un-tində "Musiqi fənləri" kafedrasının müdiridir. Tədqiqatı ədəbiyyat və musiqinin qarşılıqlı əlaqələri probleminə aiddir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 aprel 2009-cu il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azad Həmkarlar İttifaqı Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti, YAP Gəncə şəhər Təşkilatı, Gəncə Dövlət Universiteti, universitetin pedaqoji fakültəsi tərəfindən fəxri fərman və tərifnamələrlə təltif olunub[1].