Sevda Salayeva

Sevda Salayeva (tam adı: Sevda Məmmədağa qızı Salayeva; 5 iyun 1968; Azərbaycan SSR20 yanvar 1990; Bakı, Azərbaycan SSR) — Qanlı Yanvar şəhidi.[1]

Sevda Salayeva
Sevda Məmmədağa qızı Salayeva
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Məmmədağa Salayev
Milliyyəti azərbaycanlı
Fəaliyyəti telefonçu

Həyatı[redaktə | mənbəni redaktə et]

Sevda Salayeva 5 iyun 1968-ci ildə Məmmədağa Salayevin ailəsində anadan olmuşdur. 1975-1985-ci illərdə Bakı şəhər 150 saylı tam orta məktəbdə orta təhsil almışdır. Orta təhsilini aldıqdan sonra 90 saylı texniki peşə məktəbinə daxil olmuş, peşə təhsilini tamamlamışdır. 1988-ci ilin 4 may tarixindən Bakı Şəhərlərarası Telefon Stansiyasında (BŞTS) telefonçu olaraq çalışırdı.[2]

Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]

1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Qırmızı Ordunun Bakıya hücumu və təcavüzü zamanı qətlə yetirilmişdir.

Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "20 Yanvar faciəsi və rabitəçilər". 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-17.