Sevdim – Azərbaycan müğənnisi Aygün Kazımovanın albomudur.[1]
Sevdim | ||||
---|---|---|---|---|
Aygün Kazımova tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 2001 | |||
Janr | Pop | |||
Müddət | 59:24 | |||
Dil | azərbaycanca, türkcə, rusca | |||
Prodüser | Aygün Kazımova | |||
Aygün Kazımova albomlarının xronologiyası | ||||
|
Alboma Azərbaycan bəstəkarları Eldar Mansurov, Vaqif Gərayzadənin əsərləri daxildir. Aygün Kazımova albomdakı "Sevdim", "Qəlbimin şəklini çək", "Tez gəl", "Uyma" mahnılarına klip çəkmişdir.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Sevdim" | 5:00 |
2. | "Qəlbimin şəklini çək" | 3:50 |
3. | "Dözə bilmirəm" | 4:08 |
4. | "Kişilər" | 2:58 |
5. | "Tez gəl" | 4:02 |
6. | "Dön ne olur" | 5:10 |
7. | "Mən aydan gəlmişəm" | 4:36 |
8. | "Didem" | 4:34 |
9. | "Жду" | 3:46 |
10. | "Yar-yar" | 3:33 |
11. | "Cüt badam" | 4:11 |
12. | "İnanmayardım" | 3:05 |
13. | "Olmuşam varam" | 4:36 |
14. | "Uyma" | 3:41 |
15. | "Yağış (Remix)" | 4:14 |
Ümumi müddət: | 59:24 |
"Sevdim" — albomdan yayımlanan ilk sinqldır. Klip çox böyük marağa səbəb olmuşdur. Azneft dairəsində aparılan çəkilişlər zamanı 10 dəqiqə ərzində yüzlərlə insan kadr arxasına toplanması ilə proses sürətləndirilmişdir.
"Şəklimi çək" — adı çəkilən sinqlı ilk dəfə "Sevdim" klipinin təqdimat gecəsində Aygün Kazımova ifa etmişdir. Klip bir şantajçı qadın və sevgilisinin həyatından bəhs edir. Klipin rejissoru Ülviyyə Könüldür. Klip Azərbaycan tarixinin ən möhtəşəm kliplərindən biri hesab olunur.
"Tez gəl" — Aygün Kazımovanın ən həyəcanlı çəkilişə sahib klipidir. Çünki bu klip Aygün Kazımovanın Sankt-Peterburq şəhərində keçirtdiyi plastik əməliyyat zamanı lentə alınmışdır.
"Mən aydan gəlmişəm" — mahnı 2001-ci ildə yayımlansa da, Aygün Kazımova Lider televiziyasındakı çıxışını 2016-cı ildə rəsmi klip kimi qeydə aldı.
"Uyma" — alboma bonus sinql kimi daxil olan bu mahnı Azərbaycanda ilk bəstələnən R&B/Pop mahnısıdır. Klipdə cəsarətli obrazlarla qarşımıza çıxan Aygün Kazımova bu dövrdə Pepsi şirkəti ilə müqavilə da imzalamışdır və reklam üzü olmuşdur.