Mən Nirvanadayam (albom)

Mən Nirvanadayam (rus. Я в Нирване) – Azərbaycanlı müğənni Aygün Kazımovanın EP albomudur.[1]

Mən Nirvanadayam
Aygün Kazımova tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 17 dekabr 2021
Yazılma tarixi 2018–2021
Janr Pop, Folk-Pop
Müddət 22:12
Dil rus dili
Leybl Beat Music
Prodüser Maxim Gredin
Alexander Konovalov
Vladimir Stukov
Aleko Berdzenişvili
Alişer
Rüstəm Rzayev
Aygün Kazımova albomlarının xronologiyası
"Remakes"
(2020)
"Mən Nirvanadayam"
(2021)

Fon və yazılma

[redaktə | mənbəni redaktə et]

Aygün Kazımova 90-cı illərin sonlarından başlayaraq, yaradıcılığında rusca mahnılara yer verməyə başlamışdır. Məsələn, "Карие Глаза, "Я и Ты", "Я Девушка Восточная" və s. bu kimi yerli və xarici bəstəkarların əsərlərini ifa etmişdir. Rusca mahnılar ifa etdiyi zamanlarda rusdilli albom təqdim etmək istəsə də bu baş tutmamışdır. “Rusdilli albom arzusu mənim üçün iyirmi il əvvəl yaranmışdı. [...] Ancaq gördüyünüz kimi, xəyalımla vidalaşmadım!” sözlərini yeni albomu üçün "Nargis" jurnalına müsahibəsində söyləmişdir.[2] Uzun müddət yeni rusca mahnı təqdim etməyən ifaçı, ona uğur gətirən "S.U.S." mahnısının rusca versiyası olan "Pust"-u (rus. Пусть), 2018-ci ildə "Jara" (rus. «ЖАРА») musiqi festivalında səsləndirmişdir.[3][4] 2019-cu ildə yenidən "Jara" (rus. «ЖАРА») musiqi festivalında səhnə alan ifaçı, bu dəfə Rusiyanın "Xalq Artisti" Filipp Kirkorovla "Jalma" (rus. Джалма) mahnısının remake versiyasını səsləndirmişdir.[5]Aygün Kazımova daha öncə 2005-ci ildə Moskvadakı Kreml konsert salonunda səhnə fəaliyyətinin 20 illiyi münasibətilə "Я Девушка Восточная" konsertində Filipp Kirkorovla "Jalma" duetini ifa etmişdir. İfaçı 2019-cu ildə Filipp Kirkorovla birlikdə "Can Azərbaycan" duetini ifa etmişdir. İkilinin dueti klip şəklində Dünya Azərbaycanlılarının Həmrəylik Günündə təqdim edilmişdir.[6] 9 noyabr 2021-ci ildə "Bayraq günü" münasibətilə Azərbaycanın "Xalq artist"i Emin Ağalarov ilə birlikdə "Azərbaycan" (rus. Азербайджан) adlı dueti təqdim etmişdir.[7] Albomdakı mahnıların hamısı musiqidə yeni olan "Dolby Atmos" keyfiyyətiylə təqdim edilmişdir. Bu Azərbaycanda "Dolby Atmos" keyfiyyətində təqdim edilən ilk albomdur.[8][9]

Aygün Kazımova Rusiyanın "OK" jurnalına müsahibəsində albom haqqında bu fikirləri bildirmişdir:

" “Bu, mənim üçün çox xüsusi bir albomdur. Axı bu mənim rus dilində çıxan ilk albomumdur. Ən əsası isə bu, Azərbaycanda ilk "Dolby Atmos" keyfiyyətində olan albomdur. Bu inanılmazdır! Hər zaman, hər yerdə birinci olmağın mənim üçün nə qədər vacib olduğunu hamınız bilirsiniz”[10] "

Musiqi və sözlər

[redaktə | mənbəni redaktə et]

Albomdakı "Pust" mahnısının sözləri Evgeniya Trubaçovaya, musiqisi Stefan Mgebrişviliyə aiddir. Vətənərvərlik mövzusunda olan "Can Azərbaycan" mahnısının sözləri Oleq Vladiyə, musiqisi Alişerə aiddir. Emin Ağalarovla ifa etdiyi "Azərbaycan" mahnısının sözləri Brandon Stone, Alexander Konovalov, Aytən İsmixanovaya, musiqisi Brandon Stone aiddir.

İlk dəfə albomda yayımlanan "Nirvana", "Tarantino" və "Oderjima" mahnılarının sözləri Maxim Gredinə, musiqisi Vladimir Stukova aiddir. Mahnılar Azərbaycan, Gürcüstan və Rusiya səsyazma studiyalarında lentə alınmış və aranjiman edilmişdir.[11]

Aygün Kazımova albomun tanıtımı üçün 15 dekabr 2021-ci ildə şəxsi instaqram hesabında albomun üz qabığının fotosunu "Geri sayı başladı" adı ilə paylaşaraq, yeni albomunun anonsunu vermişdir. Daha sonra albom haqqında Rusiyanın "OK magazine" və Azərbaycanda yayımlanan rusdilli "Nargis" jurnalına müsahibə vermişdir. Albomun tanıtımı üçün ilk öncə "Araz FM"-də yayımlanan "Dadlı şou"nun qonağı olmuşdur. Azad Azərbaycan TV-də yayımlanan "Zaurla Günaydın" əyləncəli səhər verlişində qonaq olan ifaçı albom hazırlığı haqqında məlumat vermiş və albomdan "Одержима" və "Тарантино" mahnılarını səsləndirmişdir. Daha sonra "Avto FM"-də qonaq olmuşdur. 31 dekabr 2021-ci ildə həm "Dünya Azərbaycanlılarının Həmrəylik Günü", həm də yeni albomunun tanıtımı üçün Xəzər TV-də yayımlanan "Səhər Mərkəzində" adlı əyləncəli səhər proqramında səhnə almışdır. Burada isə ifaçı albomdakı "Тарантино" mahnısını ifa etmişdir.

Musiqi tənqidçiləri və populyar ifaçılar mahnıya müxtəlif fikirlərlə yanaşmışlar.

  • "axsam.az" saytının baş redaktoru jurnalist Zəhra Əhmədova Space TV-də aparıcısı olduğu "Deməsəm Olmaz" proqramında albom haqqında bu fikirləri bildirmişdir: “Uzun fasilədən sonra biz şou-biznesdə albom gördük. Bunu da kim etdi [...] və necə etdi, bir ilk etdi.[...] Abomun adını verdiyi mahnını dinləmişəm, əvvəlcədən, uzun müddət əvvəl dinləmişəm o mahnını. Sevdim mahnını, pis mahnı deyil, gözəl mahnıdır. Ən əsası mən Aygün Kazımovanın bu albom üçün çəkdirdiyi fotossesiyanı sevdim”[12]

Mahnıların siyahısı

[redaktə | mənbəni redaktə et]
EP
BaşlıqSözlərMusiqiRusca başlıqMüddət
1."Nirvana"Maxim GredinVladimir StukovНирвана3:06
2."Tarantino"Maxim GredinVladimir StukovТарантино3:37
3."Oderjima"Maxim GredinVladimir StukovОдержима3:33
4."Pust"Evgenya TrubachevaStephane MgebrishviliПусть3:53
5."Can Azərbaycan (duet Filipp Kirkorov)"Oleg VladiAlisherДжан Азербайджан3:46
6."Azərbaycan (duet Emin)"Brandon Stone
Alexander Konovalov
Brandon StoneАзербайджан4:15
Ümumi müddət:22:12

Çıxış tarixi

[redaktə | mənbəni redaktə et]
Ölkə Tarix Format(lar) Leybl
Dünya miqyasında 17 dekabr 2021 Rəqəmsal yükləmə, (Dolby Atmos) "BEAT Music"
  1. Bunu Azərbaycanda ilk dəfə Aygün Kazımova etdi Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine İstifadə tarixi: 18.12.2021
  2. "«Я в Нирване»: Айгюн Кязимова презентовала русскоязычный альбом". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  3. "Айгюн Кязимова презентовала русскую версию мегахита «Sus» (ВИДЕО)". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  4. "Aygünün "Sus"unu bir də belə dinləyin - VİDEO". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  5. "Aygünlə Filippin gözlənilən dueti". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  6. "Bu da Aygünlə Filippin "Can Azərbaycan"ı - Video". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  7. "Aygün Kazımova və Emin Ağalarovun dueti təqdim olundu - VİDEO". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  8. "Rus mediası Aygün Kazımovadan yazdı - Fotolar". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  9. "Айгюн Кязимова: Я мечтала об альбоме на русском языке". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  10. "Айгюн Казымова представила новый альбом на русском языке". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  11. "Айгюн Кязимова: «Я мечтала об этом 20 лет» - ВИДЕО". 2021-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-18.
  12. "Deməsəm Olmaz (27.12.2021)". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-03.