Severo-Kurilsk sunamisi (1952)

Severo-Kurilsk sunamisi - 5 noyabr 1952-ci ildə səhər saat beş radələrində baş vermiş və nəticədə SSRİ ərazisinin SaxalinKançatka vilayətlərini əhatə edən güçlü sunami.

Severo-Kurilsk sunamisi
Tarix
Hiposentrin dərinliyi 21,6 km[1]
Episentrin yeri
  • 52°18′ şm. e. 161°00′ ş. u.HGYO
Xəritədə yeri
[[Fayl:|280px|Severo-Kurilsk sunamisi xəritədə]]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sunamini yaradan səbəb 5 noyabr tarixində Sakit okeanda (4.11.52 16:58:22 qrinviçə görə), Kamçatka yarımadasının yaxınlığında maqnitudası 8,3 bal güçündə olan zəlzələ olmuşdur. Onun ocağı Şpunski burnundan 130 kilomeyr aralıda, 20 – 30 km dərinlikdə baş vermişdir. Zəlzələnin təsir güçü 700 km məsafədə yayılmışdı. Zəlzələ dalğası Kronoski yarımadasından Şimali Kuril aralarına qədər uzanırdı. Yeraltı titrəyişlər yarım saat müddətində davam edir. Ancaq zəlzələ böyük dağıntılar yaratmır. Demək olar ki ondan zərər çəkən olmur. Ancaq zəlzələ ardından güçlü sunami baş vermişdir. Zəlzələdən bur saat sonra birinci dalğa sahillərə hücum çəkmişdir. Bu dalğa Severo-Kurilsk şəhər sakinlərinin bir çoxunu sulara gömmüşdür. Canlarını götürüb qaçan insanlar yuxudan ayıldıqlarından bir çoxu geriyə qayıtmalı olur. Birinci dalğadan 20 dəqiqə sonra ikinci dalğa sahillərin üzərinə gəlir. Bu dalğa birincisindən güçünə və hündürleyünə görə seçilirdi. Bu dalğanın hündürlüyü beş mərtəbəli bina böyüklükdə olmuşdur. Geriyə geyim dalınca gələn insanları olduqca cəyin anda yaxalayan dalğa şəhərin digər binslarınıda tamamən dağıdır və özü ilə suya qərq edir. İkinci dalğadan sonra üçüncü dalğa gəlir. Bu dalğanın güçü hər iki dalğanın güçündən zəif olur. O ancaq dağılmış binaları qalıqlarını sahilə çıxara bilir. Sunamidən sonra Severo-Kurilsk şəhərinin ancaq nisbətən hündür hissəsində olan binalar salamat qala bilir.[2].

Bu üç dalğa 15—18 metr olaraq Severo-Kurilsk şəhərinin böyük hissəsini məhv etmişdir. Üstəlik Kamçatkadan tutmuş Şimali kuril adalarının sahil xətti boyunca yerləşən bir yaşayış məntəqələri yer üzündən silinmişdir. Rəsmi rəqəmlərə görə 2336 nəfər həlak olmuşdur. Sunamidən öncə isə Severo-Kurilskdə əhalinin sayı 6000 nəfər təşkil edirdi.

Suyun səviyyəsinin bu tərzdə qalxması 5 noyabr tarixində 700 kilometr sahədə müşahidə edilmişdir. Bu ardıcıl üç dalğadan sonra növbəti sunamilər Piratko buxtasında 10—15 metr və Kamçatkada Olqa buxtasında 10—13 metr olaraq qeydə alınmışdır.

Severo-Kurilskdə axtarış-xilasetmə əməliyyatına başlanılmışdır. İşə helikopterlər və Sakit okeanda yerləşən bütün gəmilər cəlb edilmişdir. Bir müddət sonra bölgənin əhalisinin bir hissəsi Saxalinə evakuasiya edilir. Bütün axtarış-xilasetmə işləri bitdikdən sonra qəsəbə yenidən inşa edilir. Sunaminin nəticələrinin aradan qaldırılması komisiyasının üzvlərindən birk Arkadi Natanoviç Stuqaski olmuşdur.

Bu fəlakətdən sonra ölkədə Sunamidən xəbərdarlıq sistemi yaradılmışdır. Günümüzdə belə Rusiyada bu vəzifəni Rusiyanın sunamidən xəbərdarlıq xidməti həyata keçirir[3].

  1. https://earthquake.usgs.gov/earthquakes/eventpage/official19521104165830_30/executive.
  2. Каррыев Б.С. Вот пришло землетрясение. — SIBIS, 2009.
  3. Rusiyanın sunamidən xəbərdarlıq xidməti Arxivləşdirilib 2020-01-27 at the Wayback Machine на сайте rtws.ru