Sevgil Musayeva (ukr. Севгіль Мусаєва, krımtat. Sevgil Musayeva 18 iyun 1987) — Ukraynalı jurnalist, "Ukrayna həqiqəti" onlayn nəşrinin baş redaktoru. 2011-2013-cü illərdə "Forbes Ukrayna" jurnalının müxbiri, 2014-cü ildə "Hubs" onlayn biznes dərcinə başlamış və onun baş redaktoru olmuşdur. Neft və qaz və yanacaq-enerji kompleksi mövzularında ixtisaslaşmışdır. Serqey Kurçenkonun biznesi, Nestor Şufriç və Nikolay Rudkovskinin neft və qazla bağlı işləri və Yuri İvanyuşçenkonun gəlirləri barədə öz araşdırmalarını aparmışdır. Beş dəfə "PRESSzvanie Business mükafatı" almışdır[1].
Sevgil Musayeva | |
---|---|
Doğum tarixi | 18 iyun 1987 (37 yaş) |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, baş redaktor |
Vikianbarda əlaqəli mediafayllar |
Sevgil Musayeva 18 iyun 1987-ci ildə Çümə şəhərində (Özbəkistan) anadan olub. 1989-cu ildə Krım tatarlarının Krıma qayıtmasına icazə verildikdə, ailəsi Kerçə köçür[1][2]. Məktəbdə oxuyarkən 9-cu sinifdən yerli jurnalistika məktəbində oxuduğu Sevgil respublika mətbuatında dərc olunmağa başlayır. Kiçik Elmlər Akademiyasının üzvü olur və Krım Nazirlər Sovetindən təqaüd alır[3]. 2004-cü ildən 2010-cu ilə qədər Taras Şevçenko adına Jurnalistika İnstitutunda oxumuşdur.
Jurnalist karyerasına 2007-ci ildə İqtisadi Xəbərlər Agentliyində başlamış, 2008-ci ildə Delo qəzetinə keçmişdir. 2009-cu ilin fevralında Pulun gücü nəşrinin müxbiri olur. 2011-ci ilin iyununda Sevgil Forbes Ukrayna jurnalına keçir, dərc Serqey Kurçenko tərəfindən alındıqdan sonra 2013-cü ilin avqustunda oradan ayrılır[4]. Avromaydanın başlaması ilə Facebookda, o cümlədən ixtişaşlar zamanı Hub layihəsi üçün hesabatlar verir[5].
2014-cü ilin fevral ayında Hubs ayrıca bir onlayn işgüzar nəşr kimi fəaliyyətə başlayır və onun baş redaktoru olur. Krımın Rusiya Federasiyası tərəfindən işğalından sonra Sevgil, etibarlı məlumat təmin etmək, təhlükəsizlik, köçürmə və qaynaq axtarışlarında insanlara kömək məqsədi daşıyan Krım_SOS layihəsinin təşəbbüskarlarından biri kimi də çıxış edir[6][7]. 2014-cü ilin oktyabrında "Ukrayna həqiqəti" onlayn nəşrinin baş redaktoru oldur[8].
Sevgilin bacısı - Elyadiye Musayeva. STB-də işləyirdi. Molodost Film Festivalında Krım tatarlarının deportasiyası ilə bağlı OTUZ filmini bir rejissor olaraq təqdim etmişdir. Hazırda Elyadiye Nyu-Yorkda yaşayır[1].