Sevil Qazıyeva (film, 1970)

Film respublikamızda ilk mexanizator qız, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevaya həsr olunmuşdur. Bu, Azərbaycanın şanlı qızı haqqında lirik hekayədir. Filmdə Sevilin tərcümeyi-halı üzərində çox dayanılmır, tamaşaçının diqqəti bütünlüklə qəhrəman qızın xarakterinə yönəldilmişdir.

Sevil Qazıyeva
Janr bioqrafik
Rejissor Zeynəb Kazımova
Ssenari müəllifi Vladimir Sinitsın
Operator Elxan Əliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1970
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1970
Texniki məlumatlar 1 hissə
275 metr
35 mm

Məzmun[redaktə | mənbəni redaktə et]

Bu film yaradılanda Sevil Qazıyeva artıq dünyasını dəyişmişdi. Cəsur qızın pambıq tarlasında iş vaxtı faciəli ölüm xəbəri bütün Azərbaycan xalqını sarsıtdı, çünki onu hamı tanıyır və sevirdi.

Müəlliflər çəkiliş vaxtı çoxlu kino-foto sənədlərdən istifadə etmişlər. Biz Sevillə pambıq tarlasında görüşürük. O, rəfiqələri ilə birgə pambıqyığan kombaynların yanından vüqarla keçib gedir. Budur, o, sükan arxasında oturub maşını inamla idarə edir. Bu kadrlar Sevilin həyatının son illərində çəkilmişdir. Ona baxarkən inanırsan ki, bu qız öz əməyi sayəsində hələ çox zirvələr fəth edə bilərdi.

Film nikbin sonluqla bitir. Sevilin yerini başqa qızlar tutur. Sevilin maşını yenidən tarlada məğrur-məğrur irəliləyir. Onu Sevilin bacısı Sona Qazıyeva sürür.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Rejissor: Zeynəb Kazımova
Ssenari müəllifi: Vladimir Sinitsın
Operator: Elxan Əliyev
Səs operatoru: Akif Nuriyev

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.