Sevimli Raca (hind: राजा जानी, Urdu بادشاہ جانی, Rom: Raca Jani) — rejissor Mohan Seqal tərəfindən çəkilmiş və 1972-ci ildə ekranlara çıxmış hind filmidir. Dharmendra və Hema Malininin birgə çəkildikləri beşinci filmdir[1]. Film Hindistanda ilin ən çox gəlir gətirən filmlərindən biri olmuşdur. 1983-cü ildə Rajnikanth və Sridevinin baş rollarında rol aldığı Adutha Varisu adı ilə Tamil dilində yenidən çəkilmişdir.
Sevimli Raca | |
---|---|
hind. राजा जानी | |
Janr | musiqili film, dram filmi |
Baş rollarda | |
İlk baxış tarixi | 1972 |
Müddət | 155 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0358063 |
Film 1981-ci ilin yanvarında sovet kinoteatrlarında nümayiş etdirilmişdir və 978 nüsxə ilə 40 milyon insan tərəfindən izlənilmiş və bu nəticə ilə xarici filmlər arasında tamaşaçı sayına görə 46-cı yeri[2], hind filmləri arasında isə 12-ci yeri[3] əldə etmişdir.
Bu dəhşətli hadisə 12 il bundan öncə baş verib. Müqəddəs yerlərə gedən yolda knyazlığı idarə edən ailənin qan düşməni vəliəhd şahzadənin valideynlərini qətlə yetirir. Şahzadənin o zaman yeddi yaşı var idi. Qatil qızı qaçırmağa və öldürməyə çalışsada, mühafizəçilərin gülləsinə tuş gələrək ağır yaralanır. Vəliəhd isə hər kəsin gözü qarşısında çoşan dağ çayına düşür... İllər keçir, itmiş şahzadə haqqında xəbər gözləyir. Yaşlı knyaginya isə sevimli nəvəsinin sağ olduğuna inanır. Baş nazir bu vəziyyətdən sui-istifadə edərək dövlət xəzinəsini ələ keçirmək niyyətindədir. Bu məqsədlə itmiş şahzadəyə çox bənzəyən küçə rəqqasəsini həqiqi vəliəhd kimi təqdim etməyə çalışır...