Sey qanunu yaxud bazarlar qanunu — Jan Batist Sey tərəfindən irəli sürülmüş iqtisadi qanundur. Daxili və xarici ticarətdə "məhsullar məhsullar üçün ödənilir" deyimi bazarlar qanununun mahiyyətidir və burada ticarət mahiyyətcə barter mübadiləsindən ibarətdir. Əmtəələr bilavasitə insanların tələbatını ödəmək üçün istehsal olunur, bu mübadilədə pul passiv, vasitəçi rolunu oynayır, o, yalnız tədavül vasitəsidir. Bu qanuna görə, cəmiyyət tərəfindən iqtisadi liberalizmin bütün prinsiplərinə nail olunduqda və riayət edildikdə, istehsal uyğun istehlak doğuracaq, yəni əmtəə və xidmətlərin istehsalı hökmən bu əmtəə və xidmətlərin sərbəst reallaşdırılan gəlirlərini doğuracaq. Seyin qanununa görə, qiymətin səviyyəsindən asılı olmayaraq iqtisadiyyatda həmişə məcmu tələb məcmu təklifə bərabərdir. Bunun isə əsas şərti pula tələbin olmamasıdır.[1]