Seyfe gölü

Seyfe gölü — Türkiyənin Kırşəhər vilayətində yerləşən tektonik göl. Ramsar ərazisidir.[1] Göl Kırşəhərdən 16 km şimal-şərqdə Mucur rayonunda yerləşir.[2]

Seyfe gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.080 m
Yerləşməsi
39°12′55″ şm. e. 34°23′24″ ş. u.HGYO
Ölkə
Seyfe gölü xəritədə
Seyfe gölü
Seyfe gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Gölün uzunluğu 10 km, eni 5 km, çevrəsi 26 km-dir. Gölün dərinliyi 200 metr içəriyə doğru irəlilədikcə 4–5 metrə çatır. Ən dərin yeri 10–12 metrdir. Uzunluğu 10 km, genişliyi 5 km, çevrəsi 26 km-dir.

Yayda sulu azalan Seyfe gölünün qış aylarında bol yağış səbəbiylə qabardığı və ətrafının bataqlığa çevrildiyi müşahidə olunur. Qapalı hövzə olduğu üçün suyu duzludur. Bu səbəblə ətrafdakı torpaqlara şoranlaşdırıcı təsir göstərir. Gölün ətrafında duz emal müəssisələri fəaliyyət göstərir.

  1. ""Lake Seyfe". Ramsar Sites Information Service". 2018-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.
  2. ""Seyfe Gölü Ve Kuş Cennetimiz". Kırşehir Valiliği". 2016-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-13.