Seyfulla Hüseyn oğlu Qurbanov — Azərbaycan alimi, texnika elmləri namizədi.
Seyfulla Qurbanov | |
---|---|
Seyfulla Hüseyn oğlu Qurbanov | |
Doğum tarixi | |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Naxçıvan MSSR, Kəngərli, Qarabağlar |
Vəfat tarixi | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Elmi dərəcəsi | Texnika elmləri Namizədi |
Seyfulla Qurbanov 1931-ci ildə Naxçıvan MSSR Kəngərli rayonunun Qarabağlar kəndində anadan olmuşdur. 1949-cu ildə orta məktəbi bitirmiş və Azərbaycan Sənaye institutunun neft və qaz yataqları istismarı fakültəsinə daxil olmuşdur.[1]
1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Elmlər Akademiyası nəznindəki neft ekspedisiyasında kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1958-ci ildən Akademiya nəznində olan neft və qaz yataqları istismarı institutunun hidromexanika labaratoriyasında kiçik elmi işçi, sonra isə mühəndis vəzifəsində çalışmışdır. Bu illər ərzində neçə-neçə elmi əsərləri çap olunmuşdur.
1964-1966-cı illər Azərbaycan Sənaye institunun materiallar müqaviməti kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1966-1969-cu illər ərzində Azərbaycan neft və qaz yataqları istismarı institutunda çalışmışdır. 1970-ci ildən Odessa gəmi mühəndisləri institutunun Bakı filialında materiallar müqaviməti kafedrasında dosent kimi çalışmış və VODQEO elmi tədqiqat institutunda da elmi fəaliyyətini davam etdirmişdir.
1996-cı ildən ömrünün sonuna kimi Azərbaycan Dəniz Akademiyasında dərs demişdir. Görkəmli Alim Seyfulla Qurbanov 22 dekabr 2003-cü ildə dünyasını dəyişmişdir.
Seyfulla Qurbanov 1960-cı ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun neft istismarı sahəsində əldə etdiyi yeniliklər neft sənayesində geniş tətbiq olunmuşdur. Onun 20-dən çox əsəri SSRİ Elmlər Akademiyasının, Azərbaycan Elmlər Akademiyasının nəşrlərində çap olunmuşdur.
Özlü-plastik mayenin müqavimət əmsalının müəyyən edilməsi üçün adlarını daşıyan Rasizadə Y.M. və Qurbanov S.H. düsturu mövcuddur. Seyfulla Qurbanov nəzəri mexanika üzrə birinci və üçüncü Ümumittifaq qurultayının üzvü olmuş və məruzə ilə çıxış etmişdir.
Onun 30-dan çox elmi əsəri çap olunmuşdur. 1975-ci ildə su problemləri üzrə Dehlidə keçirilən 2-ci Beynəlxalq konqresdə Seyfulla Qurbanovun məqaləsi dərc olunmuş və iştirak üçün dəvət almışdır. Birləşmiş Ştatlarda da nəşr olunan kitablarda əsərləri çap edilmişdir. O, özünün doktorluq işini də yazıb hazırlamış, lakin səhhəti imkan vermədiyindən müdafiəni təxirə salmışdır.
1. С.Г.Гурбанов, А.Х. Мирзаджанзаде Об одном автомодельном решении задачи о вращении круглого цилиндра в вязкопластичной жидкости. Изв. АН СССР Отделение тех. наук №11 1957
2. С.Г.Гурбанов Нестационарное круговое движение в цилиндрической трубе, заполненной вязкопластичной жидкостью. Доклады АН Аз.ССР 1957
3. С.Г.Гурбанов Приближённые решения задач о круговом нестационарном движении вязкой и вязко-пластичных жидкостей. Изв. АН Аз.ССР, 1958, №2
4. С.Г.Гурбанов, А.Х.Мирзаджанзаде, М.К. Сеид-Рза, Н.Н. Ядуллаев, А.М.Аванесов О влиянии вращения бурильных труб на изменение гидродинамического давления на стенки скважины. Изв. АН СССР Отделение тех. наук. Металлургия и топливо №5 1959
5. С.Г.Гурбанов Исследование стационарных и нестационарных течений вязко-пластичной жидкости. Автореферат диссертации на соискание учёной степени кандидата технических наук. Типография АзИНЕФТЕХИМ 1960
6. С.Г.Гурбанов Гидродинамические обоснования времени испытания колонн на герметичность. Доклады АН Аз. ССР 1962
7. С.Г.Гурбанов Приближённые решения задач о круговом нестационарном движении вязко-пластичной дисперсной системы в круглой цилиндрической трубе. Кол. ж. АН СССР том 26 1964
8. С.Г.Гурбанов, Г.Т.Гасанов Об изменении давлении на стенки скважины. Изв.АН Азерб.ССР, отд. физ.-мат. и тех. Наук, №5, 1960
9. Я.М.Расизаде, С.Г.Гурбанов Гидравлический разрыв пласта и вопросы осложнений при бурении скважин. Азернешр 1960
10. Я.М.Расизаде, С.Г.Гурбанов О возможности замены кольцевого пространства плоской трубой при течении вязко-пластичных тел и определение потерь давления при структурном режиме. Кол.ж. АН СССР том 28. 1966
11. Гурбанов С.Г, Расизаде Я.М Определение средней температуры промывочной жидкости в системе «колонна труб – кольцевое пространство» бурящейся скважины. Доклады АН Аз.ССР 1966 том 22 №3
12. А.Х.Гасанов, Гурбанов С.Г. Экспериментальное исследование вытеснения вязко-пластичных жидкостей в щелях. Труды АзНЕФТЕХИМА 1967 стр.39
13. Ибадзаде Ю.А., Гурбанов С.Г., Рустамов А.Н. Расчёт концентрации веществ загрязнения в реках и крупных каналах. Труды Бакинского филиала ВНИИ ВОДГЕО, 1973, вып.8
14. Yu. A. Ibad-zade, S.G. Gurbanov, V.G. Aleskerov The stady of waste and pool water mixing. Programme Sekond world congress of water resources 1975
15. Ибадзаде Ю.А., Гурбанов С.Г. Расчёт загрязнения моря при выпуске сточных вод. Труды ВОДГЕО. Баку 1975 стр. 9-12
16. Ибадзаде Ю.А., Гурбанов С.Г. Определение концентрации веществ загрязнения в водоёме с учётом неконсервативности 102 стр. Сборник Гидравлика и гидротехника. Киев Техника 1976
17. Ибадзаде Ю.А., Гурбанов С.Г., С.Г.Азизов, В.Г.Алескеров Гидравлика разноплотностного потока Москва Стройиздат 1982
18. Ибадзаде Ю.А., Гурбанов С.Г. Распределение загрязнённых неконсервативных веществ в водных объектах при береговом сбросе сточных вод. Информ.сб. «Водстрой» 1991
19. Ибадзаде Ю.А., Гурбанов С.Г Распределение концентрации загрязняющих веществ по ширине и длине водотока при стационарном выпуске сточных вод с учётом случайных загрязнителей. Труды АзВОДГЕО 1994 стр.102-105