Seyid Əşrəf Ağa

Seyid Əşrəf Ağa (10 mart 1936, Qaryagin rayonu31 yanvar 1999, Bakı) — XX əsrdə seyid kimi tanınmış biri.

Seyid Əşrəf Ağa
Əşrəf Əhməd oğlu Mirhaşımov
Doğum tarixi 10 mart 1936(1936-03-10)
Doğum yeri
Vəfat tarixi 31 yanvar 1999(1999-01-31) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Dini İslam

Seyid Əşrəf Ağa 1936-cı il martın 10-u Qaryagin rayonunda (indiki Füzuli rayonu) anadan olmuşdur. Əslən Şuşadan olan ağa Seyid Həşim Ağanın nəvəsidir. Seyidlik ona kökdən, Seyid Kazım ağadan gəlib. 7 yaşından ona seyidlik verilib.[1]

Seyid Əşrəf Ağa 1999-cu ildə vəfat edib. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib.

Seyid Əşrəf Ağa ziyarətgahı

[redaktə | mənbəni redaktə et]

Ziyarətgah Xırdalan şəhərində yerləşir. 2001-ci ildə xeyriyyəçi tərəfindən inşa edilib. Bu ziyarətgahı bilənlər çoxdur. Azərbaycanın hər yerindən gələnlər var. Amma ən çox Füzuli rayonundan olanlar, bilənlər gəlir.

Yaxın zamanlarda bir xeyriyyəçi tərəfindən Horadiz şəhərində Seyid Əşrəf Ağa məscidi tikdirilmişdir.

  1. "Arxivlənmiş surət". 29 iyun 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 iyun 2021.