Seyid Əli Çabuk

Seyid Əli Çabuk və ya Seyid Əli Onbaşı (iyul 18891939, Balıkəsir) — Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə əfsanəvi qəhrəmanlıq göstərmiş türk əsgər.

Seyid Əli Çabuk
türk. Seyit Çabuk
Digər adı Seyid onbaşı
Doğum tarixi
Doğum yeri Balıkəsir, Osmanlı imperiyası
Vəfat tarixi
Vəfat yeri Balıkəsir, Türkiyə
Vəfat səbəbi ağciyər iltihabı
Fəaliyyəti əsgər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seyid Əli Çabuk 1889-cu ildə Balıkəsirin Havran ilçəsinin Çamlıq (Manastır) kəndində Əbdürrəhman və Əminənin ailəsində dünyaya gəlmişdir. 1909-cu ildə Seyid Əli Osmanlı ordusuna qoşulmuş və Balkan müharibələrində (1912–1913) vuruşmuşdur. Savaşdan sonra Dardanel (Çanaqqala) boğazının girişi müdafiə edən qarnizona köçürülmüşdür.

Qəhrəmanlığı

[redaktə | mənbəni redaktə et]

Osmanlı imperiyasının Birinci Dünya müharibəsinə qoşulmasından sonra Qara dəniz boğazlarının qorunması türklər üçün prioritet məsələyə çevrilmişdir. Boğazlara tərəf hərəkət edən böyük ingilis-fransız donanmasının əsas hücumu isə təyin olunduğu kimi 18 mart 1915-ci ildə başladı.

Döyüş zamanı sıravi Seyid Çabuk Rumeli Məcidiyə fortunda sahil artilleriyasında xidmət edirdi. Müttəfiq donanmasının hücumu nəticəsində müdafiə qalaları dəhşətli atəşə məruz qaldı. Rumeli Məcidiyədəki top işlək vəziyyətda olsa da, ağır artilleriya mərmilərini qaldıran mexanizm zədələnmişdi. Belə olan halda, Seyid hər biri təxminən 275 kq ağırlığında olan 3 ədəd 240 mm-lik mərmini topa qaldırdı və türk artilleriyası atəşi davam etdirdi. Bir sıra məlumatlarda mərmilərin ağırlığı 140–255 kq arasında göstərilir. Geniş yayılmış fikrə görə, məhz Seydin qaldırdığı mərmilərdən biri Britaniya zirehli gəmisi olan "Ouşen"ə ölümcül xəsarət yetirmişdi; gəmi özü isə dəniz minası nəticəsində batmışdı.

Antantanın dəniz hücumunun dəf edilməsindən sonra Seyidə onbaşı (kapral) rütbəsi verilmiş, əfsanəvi igidliyi isə ona milli qəhrəmana çevirmişdi. Əfsanəyə görə, döyüşdən bir gün sonra Seyidin şəklini çəkmək istədikdə, o, oxşar mərmini heç cür tərpədə bilməmişdir. Bundan sonra, qəhrəman "Əgər yenidən müharibə başlasa, yenə də qaldıraram" sözlərini söyləmişdir. Seyidin şəkli isə taxta mərmi ilə çəkilmişdir.

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Seyid ordudan tərxis olunaraq doğma kəndinə qayıtmışdır. Bir müddət meşəbəyi, daha sonra isə kömür şaxtasında şaxtaçı kimi çalışmışdır. 1934-cü ildə Soyadlar haqqında qanunun qəbulundan sonra Seyid Əli özünə Çabuk soyadı götürmşdür. 1939-cu ildə ağciyər xəstəliyindən vəfat etmişdir.

Seyid Əli Çabukun əfsanəvi qəhrəmanlığı Türkiyənin bir çox yerlərində əbədiləşdirilmişdir. Döyüşün baş verdiyi Çanaqqalada Kilitbahir qəsri yaxınlığında onbaşıya həsr olunmuş memorial 1992-ci ildə açılmışdır.[1] İstanbul Hərb Muzeyinin həyətindəki heykəl də artilleriya mərmisini belində daşıyan Çabuku təsvir edir. 2010-cu ildə Çabukun şərəfinə adlandırılmış "Seyid Onbaşı" adlı gəmi suya buraxılmışdır.[2]

  1. "Arxivlənmiş surət". 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-15.
  2. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]