Seyid Əli Musəvinin ölümü — əslən İran azərbaycanlısı və 2009-cu il prezidentlik seçkilərində əsas namizədlərdən olan Mir Hüseyn Musəvinin qardaşı oğlu olan Seyid Əli Musəvinin 27 dekabr 2009-cu ildə öldürülməsi nəzərdə tutulur.[1][2]
Seyid Əli Musəvinin ölümü | |
---|---|
Vəfat tarixi | 27 dekabr 2009 |
2009-cu ildə keçirilmiş prezidentlik seçkilərində əsas mübarizə Mahmud Əhmədinejad ilə əslən təbrizli və azərbaycanlı olan[3] Mir Hüseyn Musəvi arasında gedirdi. Seçkilərdə Mahmud Əhmədinejadın qələbə qazanmasının elan edilməsindən sonra kütləvi etirazlar başladı. Etirazçılar seçkilərdə saxtalaşdırmanın edildiyini iddia edirdilər və bunu sübut edəcək dəlillərə sahib idilər.[4][5]
Bu etirazlara qatılan Seyid Əli Musəvinin təhlükəsizlik qüvvələri tərəfindən ya kürəyindən, ya da sinəsindən vurulduğu bildirilir. "ABC News"-un bildirdiyinə görə, Musəvi güllələnməzdən əvvəl onu maşın da vurmuşdur.[6] "France 24"-ün xəbərinə görə, islahatçı xəbər saytı olan "Parlemannews" iddia etmişdir ki, Musəvi sinəsindən vurulduqdan sonra xəstəxanada vəfat etmişdir.[7] "Times" isə iddia etmişdir ki, Musəvi xəstəxanaya çatmamış yolda keçinmişdir.[8]
İranlı kinorejissor və Mir Hüseyn Musəvinin seçki kompaniyasının xaricdəki rəsmi nümayəndəsi Muhsin Mahmelbaf "BBC"-ə bildirmişdir ki, İranın gizli polisi Musəvinin öldürülməsindən günlər əvvəldən etibarən ona zənglər etmiş və "biz səni öldürəcəyik" demişdir.[9]
Onun ölümündən sonra bədəni xaricində etirazlar gedən İ"bn Sina" xəstəxanasına aparılmışdır. Etirazçılar İran təhlükəsizlik qüvvələri tərəfindən gözyaşardıcı qazla dağıdılıb. Sonradan məlum oldu ki, hökumət etirazları yatırmaq üçün onun cəsədini çıxararaq bilinməyən yerə aparıb.[2][10]