Seyid Mürtəza Ələmül-hüda

Seyid Mürtəza Ələmül-hüda (ərəb. الشريف المرتضى‎; 966[2], Bağdad1044[3], Bağdad) — Seyid Mürtəza ləqəbi ilə məşhur olan "Əbul-Qasim Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda" beşinci əsrin əvvəllərində yaşamış görkəmli şiə alimidir. O, Şeyx Müfidin şagirdidir. O, həmçinin Nəhcül-Bəlağəni toplayan Seyid Rəzinin qardaşıdır.

Seyid Mürtəza Ələmül-hüda
Əbul-Qasim Əli ibn Hüseyn ibn Musa Ələmul-Hüda
Digər adı Şərif Mürtəza
Doğum tarixi
Doğum yeri Bağdad, İraq İraq
Vəfat tarixi
Vəfat yeri Bağdad, İraq İraq
Dəfn yeri Kərbəla şəhəri
Atası Əbi Əhməd[1]
Milliyyəti Ərəb
Dini İslam
İxtisası Fiqh, Kəlam, Təfsir
Fəaliyyəti İlahiyyatçı, Alim

Seyid Mürtəza Ələmul-hüda Bağdad şəhərində dünyaya gəlmiş və Bağdad şəhərində də vəfat etmişdir. Onun qəbri Kərbəla şəhərində Hüseyn ibn Əli (ə)-ın məqbərəsinin kənarındadır.

Seyid Mürtəza Ələmül-hüda və onun Nəhcül-Bəlağəni toplayıb və tərtib edən qardaşı Seyid Rəzi uşaqlıqlarından şiənin böyük fəqih və alimlərindən olan Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir:

Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məsciddə oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən tutmuş və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”. Şeyx Müfid ağlayır və öz yuxusunu o möhtərəm xanıma danışır. Bundan sonra Şeyx həmin iki uşağın tərbiyəsini öhdəsinə götürür.[4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Seyid Mürtəza Ələmul-Hüdanın fiqh, təfsir, kəlam və hədis kimi dini elmlərdə bir çox qiymətli əsərləri vardır. O cümlədən:

  • əz-Zəriə ila üsuliş-şəriə;
  • İnqazul-Bəşər;
  • Tənzihul-Ənbiya;
  • Əl-İntisar;
  • əz-Zəxirətu fil elmil-kəlam;

Bu kitab Rusiyanın Sankt-Peterburq şəhərinin milli kitabxanasının "Frokuyeviç məcmuəsi"ndə saxlanılır. Bu fövqəladə və nəfis əsər ərəb dilindədir. Bu kitab şiə ədəbiyyatının ən qədim və nadir əlyazma nüsxələrindən biridir ki, müəllifin vəfatından 36 il sonra Misrin Füstat əyalətində yaşayan yəhudi alimi Aali ibn Süleyman tərəfindən kitabət edilmişdir.[5]

  1. İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən olub.
  2. Deutsche Nationalbibliothek Record #104162821 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Reyhanətul-Ədəb, Cild 4, Səh 185
  5. "əz-Zəxirətu fil elmil-kəlam" kitabı Sankt-Peterburq kitabxanasında". 2018-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-10.