Seyidağa Mövsümov

Seyidağa Mövsümlü (1 avqust 1954[1], Ucar25 iyun 2018, Bakı) — Azərbaycan Ordusunun ilk hərbi operatoru.

Seyidağa Mövsümov
Doğum tarixi 1 avqust 1954(1954-08-01)[1]
Doğum yeri
Vəfat tarixi 25 iyun 2018(2018-06-25) (63 yaşında)
Vəfat yeri
Fəaliyyəti operator

Seyidağa Mövsümlü 01 avqust 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olsa da, ürəyində operatorluğa bir sevgi olub. O üzdən də tale onu televiziya sahəsinə gətirib. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib. Tamaşaçıların dövlət televiziyasından sevə-sevə izlədikləri "Adı sənin, dadı mənim", "Kökdən düşmüş piano", "Bağışla" (3 hissəli), "Göz həkimi" "Gülüş sanatoriyası", "Pəncərədə işıq" və digər televiziya tamaşalarının, sənədli filmlərin operatoru olub. Xalqımız onu daha çox 1988-ci ildən başlayan xalq hərəkatından tanıyır. S. Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır. O, 1988-ci ildən başlayaraq ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrimizdə olub. O, 1991-ci ilin oktyabrında könüllü olaraq Azərbaycan ordusuna daxil olub.[2] Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun — Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. Uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş şair Ramiz Duyğunun, general Zaur Rzyevin təklifi ilə 19 fevral 1992-ci ildən nazirliyin mətbuat mərkəzində operator kimi işə başlayır. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.[3]

25 iyun 2018-ci ildə vəfat edib.[4]

  1. Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv)
  2. Kökdən düşmüş piano (film, 1982)
  3. Bağışla (film, 1983)
  4. Göz həkimi (film)
  5. Gülüş sanatoriyası (film, 1989)
  6. Səndən xəbərsiz (film, 1985)
  7. Sən həmişə mənimləsən (film, 1987)
  8. Səmədbəy (film, 1995)
  9. Pəncərədə işıq (film, 1987)
  1. 1 2 https://apa.az/apa-tv/xeber/xeberler/-49977.
  2. Mədəniyyət TV. "Seyidağa Mövsümlünün xatirəsi anılıb" (az.). Youtube.com. 26.06.2024. 2024-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-26.
  3. "Şeyxin kamerası, şairi öldürmək istəyən general, cəsədlə dolu kənd - XATİRƏ". 2016-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.
  4. APA TV. "Ordumuzun ilk hərbi operatoru Seyidağa Mövsümov dünyasını dəyişib" (az.). Youtube.com. 25.06.2018. İstifadə tarixi: 2018-06-26.
  • Rauf KƏNGƏRLİ, "Xalq qəzeti".- 2010.- 26 fevral.- Səh.4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]